Bakı Təşəbbüs Qrupu (BTQ) 2024-cü ildə Yeni Kaledoniyadakı iğtişaşlar zamanı “Ceyms” şərti adı ilə qeyd edilən gənc kanak əsilli məhkumun qətilini pisləyən bəyanat yayıb. SİA xəbər verir ki, açıqlamada ilk olaraq sentyabrın 3-də Fransanın “Le Monde” nəşrində “2024-cü ildə Yeni Kaledoniyadakı iğtişaşlar zamanı gizlədilmiş ölüm” adlı məqalənin dərc olunduğu bildirilib: “Məqalədə qeyd edilir ki, 2024-cü il mayın 13-də Kanakinin (Yeni Kaledoniya) paytaxtı Numea şəhərində yerləşən Kamp-Est Penitensiar müəssisəsində məhkumlar tərəfindən üsyan baş verir. Hadisə zamanı təxminən 600 məhkumun saxlandığı bu müəssisədə üç nəzarətçi, məhkumlar tərəfindən girov götürülür və müşahidə kameralarının…
Daha çoxDay: September 5, 2025
Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edib
Baş Prokuror Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edib. Bu barədə SİA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qəbulda iştirak edən 47 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
Daha çoxAzercell-in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur
Məktəblilərimiz üç bürünc medalla vətənə dönüblər 29 avqust – 4 sentyabr 2025-ci il tarixlərində Bolqarıstan Respublikasının Şumenşəhərində keçirilən 9-cu Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında (EJOI)azərbaycanlı məktəblilər uğurlu nəticələr əldə ediblər. Bakı şəhəri Akademik Zərifə Əliyevaadına liseyin 9-cu sinif şagirdi Fateh Əhmədzadə, Bakı şəhəri Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin 9-cu sinif şagirdi Əkbər Əhmədov və Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 9-cu sinif şagirdi Ömər Əliməmmədzadə bürünc medala layiq görülüblər. 24 ölkədən 100-ə yaxın məktəblinin iştirak etdiyi əsas yarış iki gün davam edib. Hər güniştirakçılara dörd saat ərzində…
Daha çoxSumqayıtda 208 mənzil kirayə mexanizmi ilə satışa çıxarıldı
İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri, Sülh prospekti, Üst trikotaj fabrikinin cənubu, 3-cü məhəllədə yerləşən yaşayış kompleksində 208 yeni, tam təmirli mənzilləri vətəndaşlara təqdim edib. Bu barədə SİA-ya Fonddan məlumat verilib. Bildirilib ki, mənzillərin yaşayış sahəsi 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 347 manatdan başlayır. Yeni mənzillər seçim üçün sentyabrın 12-si saat 15:00-dan etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər. Müraciətlərin qəbulu və mənzil seçimi Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya…
Daha çoxPaytaxtın iki ünvanında nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
Bakı şəhərinin bəzi yol sahələrində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Bu barədə SİA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bildirilib ki, sentyabrın 7-dən etibarən, təmir işləri başa çatanadək Nərimanov rayonu, Xətai prospektinin Mirəli Qaşqay küçəsindən Nurəddin Süleymanov küçəsinədək olan hissəsində, həmçinin həmin gün saat 07:00-dan 22:00-dək Nəsimi rayonu, Rövşən Cəfərov küçəsinin yan yolunda (20 Yanvar dairəsindən 3-cü mikrorayon dairəsi istiqamətində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq. Bu səbəbdən, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, göstərilən ərazilərdə hərəkət zamanı ehtiyatlı olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol…
Daha çoxRusiya XİN-in AZAL təyyarəsinin vurulması ilə bağlı sığorta ödənişləri barədə açıqlaması ictimaiyyəti çaşdırır
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus təyyarənin vurulması nəticəsində qəzaya uğraması ilə bağlı sığorta ödənişlərinin həyata keçirilməsi məsələsi ilə əlaqədar Rusiya Federasiyası Xarici İşlər Nazirliyi tərəfindən sentyabrın 4-də verdiyi açıqlama təəccüb doğurmaqla yanaşı, ictimaiyyəti çaşdırır. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Rusiya Xarici İşlər Nazirliyinin “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarə faciəsi ilə əlaqədar sığorta ödənişlərinin həyata keçirilməsi barədə 4 sentyabr tarixli mətbuat məlumatı və mətbuat katibinin Azərbaycan-Rusiya münasibətlərinə dair açıqlaması ilə bağlı şərhində deyilir. AZAL-a və sərnişinlərə Rusiyada qeydiyyatda…
Daha çoxBöyük Britaniya baş nazirinin müavini istefa verib
Böyük Britaniya baş nazirinin müavini Angela Rayner istefa verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Rayner korrupsiya araşdırmasının mərkəzində olan 800.000 funt-sterlinq dəyərində olan mənzili əlil oğluna qulluq etmək üçün yaradılmış fonddan 160.000 funt-sterlinqdən (təxminən 8.867.000 funt-sterlinq) istifadə edərək alıb. Rayner yeni ev üçün əmlak vergisini az ödədiyini etiraf etdikdən sonra istefa verdiyini açıqlayıb.
Daha çoxAvtobus dayanacaqlarında infrastruktur problemi – SAKİNLƏR DANIŞDI
Hər birimiz günümüzün müəyyən hissəsini ictimai nəqliyyatdan istifadə edərək keçiririk. Şəhərin müxtəlif yerlərində avtobus dayanacaqları quraşdırılıb ki, sakinlərin gözləmə zamanı rahatlığı təmin edilsin. Amma bəzi dayanacaqlarda yalnız nişan var, fiziki dayanacaq – dam, oturacaq və qoruyucu quruluş isə yoxdur. Belə hallarda insanlar həm qışın sərt soyuğunda, yağışında, həm də yayın yandırıcı istisində çətinliklərlə üzləşirlər. Maraqlıdır, şəhər sakinləri bu barədə nə düşünür? SİA bu mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu edib. Şəhər sakini Yeganə Ağayeva: “Düzdür, yaxşı dayanacaqlarımız da var, hətta özüm şahidi olmuşam ki, bir dayanacağa divan qoymuşdular insanların…
Daha çoxMaliyyə Nazirliyi növbəti depozit hərracı keçirib
Bu gün Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib. Nazirlikdən SİA-ya bildirilib ki, hərracın nəticələrinə əsasən, xəzinə hesabının 200 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən bir bankında 28 gün müddətinə, 7 faiz dərəcəsi ilə depozitə yerləşdirilib.
Daha çoxGöygöldə avtomobil yolunun əsaslı təmirinə 2 milyon manat ayrılıb
Prezident İlham Əliyev Göygöl rayonunun Göygöl–Topalhəsənli–Şəhriyar (8 km)–Zurnabad–Gəncə–Mollacəlilli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. SİA xəbər verir ki, Sərəncamla iki min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Göygöl–Topalhəsənli–Şəhriyar (8 km)–Zurnabad–Gəncə–Mollacəlilli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 2,0 (iki) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Maliyyə Nazirliyi bu…
Daha çox