Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Slovakiya səfiri ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Y.Qusev “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Bu həftə Bakıda Ukrayna səfirliyində slovakiyalı həmkarım Elçin Qasımovla görüşdüm. Biz Ukraynanın dəstəklənməsi və əməkdaşlığın gücləndirilməsi yollarını müzakirə etdik. Konstruktiv dialoqa görə minnətdaram”, – o yazıb.