Sankt-Peterburqun yarısı miqrantların kuryer işləməsinə qarşıdır…


SİA rus saytlarına istinadən xəbər verir ki, “SuperJob” araşdırmasına görə, kişilər və 45 yaşdan yuxarı insanlar əcnəbi işçilər üçün məhdudiyyətləri daha çox dəstəkləyirlər.

Gənclər qadağaya daha çox şübhə ilə yanaşırlar.

Sankt-Peterburq sakinlərinin yarısı miqrantların kuryer xidməti kimi işləməsinə avqust ayında tətbiq edilən qadağanı dəstəkləyir.

Sorğu iki paytaxt arasında miqrasiya siyasətinin qəbulunda ciddi fərq olduğunu göstərib.

Qadağanın artıq qüvvədə olduğu Sankt-Peterburqda respondentlərin 50 faizi bunu dəstəkləyir, Moskvada isə sakinlərin yalnız 44 faizi oxşar tədbirləri təsdiqləməyə hazırdır.

Hər iki şəhərdə məhdudiyyətlərin ən ardıcıl tərəfdarları yaşlı nəslin nümayəndələri olub: Sankt-Peterburq sakinlərinin 63 faizi və 45 və daha yuxarı yaşlı moskvalıların 55 faizi…

Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov fərmanı imzalayaraq bunu kölgə məşğulluqla mübarizə və çatdırılma xidmətlərinin keyfiyyətinin yüksəldilməsi zərurəti ilə izah edib.

Hakimiyyət bu tədbirin bazara mənfi təsir etməyəcəyinə əmindir. Sankt-Peterburq hakimiyyətinin mövqeyindən fərqli olaraq, Moskva meri Sergey Sobyanin bu cür məhdudiyyətlərin ciddi iqtisadi nəticələri barədə xəbərdarlıq edir, xüsusən də xüsusi hərbi əməliyyatlar və müdafiə sifarişlərinin artması ilə əlaqədar işçi qüvvəsi çatışmazlığı kontekstində…

Əli Babayev

Əlaqəli Xəbərlər