Ukrayna silahlı qüvvələrini maliyyələşdirən xarici şirkətlər Rusiya üçün düşmənə çevrilib və Rusiyaya geri qayıda bilməyəcəklər. SİA xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a açıqlamasında bildirib.
“Ukrayna ordusunu maliyyələşdirənlər – bu, artıq tamam başqa məsələdir. Belə şirkətlər artıq düşmənə çevrilib və onlara da düşmən kimi yanaşmaq lazımdır”, – Peskov vurğulayıb.
Xatırladaq ki, 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra bir çox xarici şirkət Rusiyada fəaliyyətini dayandırmaq qərarı verib. Onların bir qismi Ukrayna silahlı qüvvələrinə maliyyə dəstəyi göstərdiyini açıq şəkildə bəyan edib.