Kiyev tərəfindən qadağan edilmiş Müxalifət Platforması – Ömürlük (OPFL) partiyasından olan Ali Radanın deputatı Ukraynada saxlanılaraq həbs edilib.
SİA-nın məlumatına görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin Telegram kanalında məlumat verilib.
…Vətənə xəyanətdə şübhəli bilinən OPFL-in deputatı Ukraynada saxlanılaraq həbs edilib, – məlumatda deyilir.
…İş materiallarına əsasən, şübhəli şəxs Ukraynanın hüquq-mühafizə orqanlarından birinin rəhbərliyinə təsirli təsir mexanizmi yaradıb. Bu ilin iyulunda deputata qarşı dövlətə xəyanət və nüfuzdan sui-istifadədə ittiham irəli sürülüb, – xüsusi xidmət qeyd edib.
SBU həmçinin qeyd edib ki, “bu gün həbsdən sonra deputat məhkəməyə aparılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib”.
Həbs edilən şəxsin adı verilmir, lakin Ukrayna mediası, xüsusən də RBC-Ukrayna agentliyi onun Fedor Xristenko olduğunu yazır.
Əli Babayev