ABŞ-da təhlükəli maddələr zavodunda güclü partlayış olub


ABŞ-ın İndiana ştatında kimyəvi zavodda partlayış baş verib. SİA xəbər verir ki, bu barədə “14News” məlumat yayıb. Bildirilib ki, Nyuburq şəhərində insident ötən gün saat 14:42-də (Bakı vaxtı ilə 22:42) qeydə alınıb. Zavod binasının yaxınlığında kimyəvi maddələr yanıb. Ətrafdakı sakinlərdən müəssisəyə yaxınlaşmamaq, evdə qalmamaq və pəncərələri bağlamaq xahiş olunub. Zavodun yaxınlığındakı yol avtomobillər üçün bağlanıb. Hadisə yerinə təhlükəli maddələrə nəzarət üzrə mütəxəssislər və bir neçə yanğınsöndürmə briqadası gəlib. Ölən və ya yaralananlarla bağlı məlumat verilməyib.

Əlaqəli Xəbərlər