Braziliya ABŞ-a qarşı sammit çağırdı


Braziliya rəhbərliyi BRİKS-in bəzi üzvlərinə qarşı ABŞ-ın aqressiv addımlarına blokun vahid cavab verməsi üçün videokonfrans formatında fövqəladə sammit çağırıb. SİA xəbər verir ki, bu barədə TASS-a braziliyalı politoloq Robertu Santos məlumat verib. “Braziliya prezident administrasiyasının gözləntiləri ondan ibarətdir ki, BRİKS ABŞ-ın aqressiyasına birgə cavab versin və blokun çoxtərəfliliyin, ölkələrarası hörmətin nümunəsi olaraq qaldığını nümayiş etdirsin”, – deyə ekspert bildirib. Onun sözlərinə görə, Braziliya lideri Luis İnasiu Lula da Silva ABŞ administrasiyasının tarif tədbirlərinə cavab olaraq icma üzvlərinə ticarət əlaqələrini daha da möhkəmləndirməyi təklif edəcək. “ABŞ-ın tarif tətbiq etdiyi bəzi Braziliya malları BRİKS ölkələrinin digər bazarlarına yönəldilə bilər”, – Santos vurğulayıb.

Əlaqəli Xəbərlər