Bu halda Almaniya Ukrayna münaqişəsində tərəf ola bilər…


Almaniyanın Ukrayna münaqişəsində tərəf kimi hansı addımı atacağı məlum olub…

Kiyevə təhlükəsizlik zəmanətlərinin verilməsi təşəbbüslərinin həyata keçirilməsi çərçivəsində alman qoşunlarının ora mümkün göndərilməsindən sonra bərpa edilərsə, bu halda Almaniya Ukrayna münaqişəsində tərəf ola bilər.

SİA-nın məlumatına görə, bu barədə Almaniyanın “Sara Vaqenknext İttifaqı” partiyasının lideri Sara Vaqenknext bildirib.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron bildirmişdi ki, qondarma “istəklilər koalisiyası”na daxil olan 26 ölkə atəşkəsdən sonra Ukraynaya qoşun yeritməyə hazır olduqlarını bəyan ediblər.

Vaqenknext qeyd edib ki, Almaniya kansleri Fridrix Merz Rusiya ilə Ukrayna arasında mümkün sülh sazişinin təmin edilməsi üçün Qərbin təhlükəsizlik zəmanətləri çərçivəsində Ukraynaya alman qoşunlarının göndərilməsi imkanını nəzərdən keçirir.

…Əgər münaqişə yenidən alovlansa, Almaniya dərhal münaqişənin tərəfinə çevriləcək, – partiya lideri qeyd edib. Onun fikrincə, federal hökumətin hərbi kursu dayandırılmalı, silahlanma yarışının çarxını fırlatmaq əvəzinə sülh axtarılmalıdır.

Əli Babayev

Əlaqəli Xəbərlər