Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında münaqişənin həlli ilə bağlı Vaşinqtonla danışıqlar aparmır. SİA xəbər verir ki, bu barədə HƏMAS-ın adı açıqlanmayan üzvü “Əl Ərəbiyyə” telekanalına ABŞ Prezidenti Donald Trampın hərəkatla danışıqların aparılması barədə açıqlamasını şərh edərkən deyib. “Vaşinqtonla birbaşa və ya dolayı danışıqlar barədə məlumat doğru deyil”, – HƏMAS-dakı mənbə bildirib. Bundan əlavə, mənbə qeyd edib ki, hərəkat Qəzza zolağında daimi atəşkəsə, İsrail qoşunlarının anklavdan çıxarılmasına və humanitar yardımın göstərilməsinə imkan verəcək istənilən təkliflərə hazırdır.