Avropa Komissiyasının sədri Ursula fon der Leyen Moskvanı diplomatiyaya hörmətsiz münasibətdə ittiham edib.
SİA-nın məlumatına görə, bu barədə o, X sosial şəbəkəsində yazıb.
Onun fikrincə, Kreml sistematik olaraq münaqişənin həllinin diplomatik yollarına məhəl qoymur və beynəlxalq hüquq normalarına hörmətsizlik nümayiş etdirir.
Von der Leyen əmin edib ki, Avropa Ukraynaya hərtərəfli dəstək verməyə davam edəcək.
…Biz Ukraynanın hərbi potensialını, dayanıqlı təhlükəsizlik mexanizmlərini inkişaf etdiririk və Rusiya Federasiyasına təzyiqi artırmaq üçün sanksiyalar tədbirlərini genişləndiririk.
Bunu Avropa Komissiyasının rəhbəri bildirib.
Əli Babayev