Sentyabrın 8-də Çinin Siamen şəhərində 25-ci Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi (CIFIT) işə başlayacaq. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Çinin Kommersiya Nazirliyinin və Siamen şəhər hökumətinin ev sahibliyi ilə keçiriləcək sərgi ikitərəfli və çoxtərəfli investisiya əməkdaşlığının təşviqi və investisiya tendensiyaları üzrə müzakirələrin aparılması üçün ən önəmli beynəlxalq platformalardan hesab olunur. Üç gün davam edəcək sərgidə 120 ölkədən hökumət rəsmilərinin, 5 min şirkətin, 50 mindən çox iş adamının iştirakı gözlənilir. Sərgidə ölkəmizdən Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak…
Daha çoxDay: September 7, 2025
İndi də rusları arağa da tamarzı qoymaq istəyirlər..?
Rusiya Federasiyasının müxtəlif regionlarında spirtli içkilərin satışı qaydaları sərtləşdirilib… Rusiya spirtli içkilərin satışına nəzarəti gücləndirir. Məhdudiyyətlər daha da sərtləşə bilər. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, İrkutsk vilayətinin Katangski rayonunun Hamakar kəndində spirtli içki almaq asan deyil. Burada yalnız cümə günləri saat 17:00-dan 20:00-a kimi satılır. Amma deyim ki, ən sərt qaydalar Vologda bölgəsində qüvvədədir. 2025-ci il martın 1-dən etibarən mağazalarda spirtli içkilər yalnız həftə içi saat 12:00-dan 14:00-dək alına bilər. Həftə sonları və bayram günlərində satışlar məhdudlaşdırılmır. Kafe və restoranlarda spirtli içkilər məhdudiyyətsiz…
Daha çoxZelenski Makronla Ukraynaya hücuma cavabı müzakirə edib
Vladimir Zelenski Fransa prezidenti Emmanuel Makronla telefon danışığı zamanı Ukraynaya hücuma cavabı müzakirə edib. SİA xəbər verir ki, bu barədə Ukrayna rəhbəri Telegram-da məlumat verib. …Biz müvafiq cavabı təmin etmək üçün diplomatik səylərimizi, gələcək addımlarımızı və tərəfdaşlarımızla təmaslarımızı əlaqələndirdik, – deyə yazıda bildirilir. Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, sentyabrın 7-də Rusiya ordusu yüksək dəqiqlikli silahlar və hücum dronları ilə Ukrayna İHA-larının istehsalı, yığılması, təmiri, saxlanması və buraxılması obyektlərinə, eləcə də Ukrayna hərbi hava bazalarına kütləvi zərbələr endirib. Əli Babayev
Daha çoxTürkiyədən Suriyaya qayıdanların sayı açıqlandı
Türkiyənin daxili işlər naziri Əli Yerliqaya suriyalı qaçqınların fəal şəkildə vətənlərinə qayıtdığını bildirib. SİA xəbər verir ki, nazirin məlumatına görə, Suriyada hakimiyyət dəyişikliyindən sonra (2024-cü il dekabrın 8-dən etibarən) qonşu ölkəyə könüllü əsasda 474 min 18 suriyalı geri dönüb. Ümumilikdə isə 2016-cı ildən bu göstərici 1 milyon 213 min 620 nəfərə çatıb. Ə.Yerliqaya Türkiyə hakimiyyətinin qaçqınların Suriyaya könüllü və ləyaqətli şəkildə qayıdışına dəstək verməyə hazır olduğunu vurğulayıb.
Daha çoxMüdafiə Nazirliyi həftəlik icmalı təqdim edib
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb. SİA nazirliyin mətbuat xidmətinə istinadla həmin videoçarxı təqdim edir. https://youtu.be/1rVHrkIabMs?si=JjdMH7kZjL7mLajQ
Daha çoxQarabağ Universitetində toy çalındı
Qarabağ Universitetinin gənc əməkdaşları Fatimə Səfərova və Elxan Qurbanlı ailə həyatı qurublar. SİA xəbər verir ki, xəbəri sosial şəbəkədə ictimailəşdirən Qarabağ Universitetinin rektoru Şahin Bayramov bildirib ki, gənclərin evliliyi kollektivin böyük sevincinə səbəb olub. “Xankəndi şəhərində keçirilən toy məclisi doğma Qarabağımızda həyatın bərpası prosesində Qarabağ Universitetinin fəal iştirakının növbəti göstəricisidir. Universitetimizin qurulmasında və inkişafında pay sahibi olan hər iki əməkdaşımızı ürəkdən təbrik edir, onlara xoşbəxt və firavan ailə həyatı arzulayırıq. Qarabağ Universiteti ailəsinin üzvü olmaq sonsuz fəxarətdir!”, – rektor qeyd edib.
Daha çoxTürkiyədə ard-arda 2 zəlzələ oldu
Türkiyədə ard-arda 2 zəlzələ oldu
Daha çoxDoqquz ayda Türkiyədən Suriyaya təxminən 475 minə yaxın qaçqın qayıdıb
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya suriyalı qaçqınların fəal şəkildə vətənlərinə qayıtdığını bildirib. SİA xəbər verir ki, nazirin məlumatına görə, Suriyada hakimiyyət dəyişikliyindən sonra (2024-cü il dekabrın 8-dən etibarən) qonşu ölkəyə könüllü əsasda 474 min 18 suriyalı geri dönüb. Ümumilikdə isə 2016-cı ildən bu göstərici 1 milyon 213 min 620 nəfərə çatıb. A.Yerlikaya Türkiyə hakimiyyətinin qaçqınların Suriyaya könüllü və ləyaqətli şəkildə qayıdışına dəstək verməyə hazır olduğunu vurğulayıb.
Daha çoxAzərbaycan XİN Braziliyanı təbrik etdi
Azərbaycan Xarici İşlər Nazirliyi Braziliyanı təbrik edib. SİA xəbər verir ki, bununla bağlı XİN sosial şəbəkə hesablarında paylaşım edib. “Müstəqillik Günü münasibəti ilə Braziliya hökumətini və xalqını səmimi qəlbdən təbrik edirik!”, – paylaşımda deyilir.
Daha çoxRusiyanın itkiləri açıqlandı
Ukrayna müharibənin 1292-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. SİA xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 088 150 hərbçi, 11 163 ədəd tank, 23 254 ədəd zirehli döyüş maşını, 32 516 ədəd artilleriya sistemi, 1 481 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 217 hava hücumundan müdafiə sistemi, 422 ədəd hərbi təyyarə, 341 ədəd helikopter, 61 054 ədəd avtomobil texnikası, 56 817 ədəd PUA, 3 686 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 961 xüsusi avadanlıq itirib.
Daha çox