Çimərliklərdə dəniz suyunun temperaturu açıqlandı

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən xəbərə görə, sentyabrın 8-də şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.

Daha çox

Eynşteynin skripkası hərraca çıxarıldı

Böyük Britaniyada alim Albert Eynşteynə məxsus skripka 200-300 min funt-sterlinq (təxminən 460-689 min manat – red.) qiymətinə hərraca çıxarılıb. SİA xəbər verir ki, bu barədə İngiltərənin “Dominic Winter” hərrac evi məlumat yayıb. Hərrac oktyabrın 8-də hərrac keçiriləcək. Nəşrin məlumatına görə, Nobel mükafatı laureatı və nisbilik nəzəriyyəsinin müəllifi bu musiqi alətini 1890-cı illərin ortalarında Sürix Politexnik Məktəbində təhsil almaq üçün İsveçrəyə yola düşməzdən bir müddət əvvəl Almaniyada əldə edib. Eynşteyn uşaq ikən anası Paulinanın təkidi ilə skripkada ifa etməyə başlayıb.

Daha çox

Zelenski gecəki kütləvi hücumdan danışdı

Rusiyanın Ukraynaya gecə hücumu zamanı törətdiyi qətllər, real diplomatiyanın başlaya biləcəyi bir vaxtda baş verir, bu, qəsdən törədilmiş cinayət və müharibənin uzadılmasıdır”. SİA xəbər verir ki, bunu teleqram kanalında Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. “800-dən çox pilotsuz təyyarə, 13 raket, onlardan dördü ballistikdir. İlkin məlumata görə, bir neçə pilotsuz təyyarə Ukrayna və Belarus sərhədini keçib”, – o vurğulayıb. Dövlət başçısı Kiyevdə yaşayış binalarının dağıdıldığını deyib: “Hazırda biri uşaq olmaqla iki nəfərin öldüyü məlumdur. Təkcə paytaxtda onlarla yaralı var. Zaporojyedə 20-dən çox ev və uşaq bağçasına ziyan dəyib. Krivoy Roqda anbarlar…

Daha çox

Belaruslu turist Elbrus dağında öldü

Elbrus dağında belaruslu turist ölüb. SİA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Kabardin-Balkar Respublikası üzrə Baş İdarəsi məlumat yayıb. Bildirilib ki, onun cəsədi 2800 metr yüksəklikdə, Terskol şəlaləsi yaxınlığında tapılıb. Qeyd olunub ki, həmin şəxs xilasedicilərdə qeydiyyatda olmayıb və sentyabrın 3-dən onunla əlaqə itib.

Daha çox

Ölkənin bəzi rayonlarında leysan yağıb

Sentyabrın 7-si saat 10:00-a olan məlumatına əsasən ölkənin bir sıra ərazilərində arabir leysan xarakterli yağış yağıb. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Belə ki, düşən yağıntının miqdarı Zaqatalada 6, Astarada 5, Lənkəranda 4, Sarıbaşda (Qax) 3, Oğuzda 2, Daşkəsən, Kəlbəcər, Laçın, Göygöl, Naftalan, Şəmkir, Şəki, Şamaxı, Qobustan, Quba, Qusar, Tərtər, Bərdə, Yevlax və Kürdəmirdə 1 mm-dək qeydə alınıb. Balakən, Qusar, Qrız və Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29, dağlıq rayonlarda 23, Aran rayonlarında 32, Naxçıvan MR-da 35 dərəcəyədək…

Daha çox

Yaponiyanın Baş naziri Şiqeru İşiba istefa verməyi qərara alıb

Yaponiyanın Baş naziri Şiqeru İşiba istefa verməyi qərara alıb. SİA xəbər verir ki, bu barədə NHK kanalı məlumat yayıb. İstefa qərarının detalları bilinməsə də, media Baş nazir Şiqeru İşibanın hakim koalisiyanın iyulda parlamentin yuxarı palata seçkilərində məğlubiyyətindən sonra istefasını elan edəcəyini yazmışdı. Səsvermə İşibanın Liberal Demokrat Partiyası (LDP) və onun koalisiya tərəfdaşı Komeitoya böyük zərbə olub. Ölkənin müasir tarixində ilk dəfə olaraq, hakim koalisiya parlamentin hər iki palatasında çoxluğu itirib. Yuxarı palatada koalisiya indi 248 yerin yarısından azına nəzarət edir, bu da hökumətin qanun qəbul etmək imkanlarını ciddi şəkildə məhdudlaşdırır.…

Daha çox

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin 3 benefisiarı peşə təhsili müəssisələrinə qəbul olub

Bu il peşə təhsili müəssisələrinə qəbul olanlar arasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin həssas qruplardan olan benefisiarları da var. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Mərkəzdə rəqs istiqaməti üzrə təlimləri bitirən Aytac Həziyeva Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Veb dizayn və proqram təminatı ixtisasına qəbul olub. Təsviri incəsənət istiqaməti üzrə təlimlərdə iştirak etmiş Ləman Məmmədova təhsilini 1 nömrəli Bakı Tibb Kollecində Mamalıq işi ixtisası üzrə davam etdirəcək. Təsviri incəsənət üzrə təlimləri uğurla tamamlayan digər benefisiar İbrahim…

Daha çox

Ərdoğan müjdə verdi

2023-cü ilin fevralında baş vermiş zəlzələlər nəticəsində evlərini itirmiş Türkiyə vətəndaşlarının əksəriyyəti artıq yeni mənzillərin açarlarını alıb. Bütövlükdə təbii fəlakət zonasında 300 min yaşayış və ticarət obyekti istifadəyə verilib. SİA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malatya vilayətində 9 mindən çox yeni mənzil və kommersiya obyektinin sahiblərinə təqdim edilməsi mərasimində bildirib. Onun sözlərinə görə, bu ilin sonuna qədər təbii fəlakət zonasındakı 11 əyalətdə tikilən obyektlərin sayı 453 minə çatacaq. O, 2023-cü ilin fevralında başvermiş zəlzələlərin 53 min 737 qurbanının ailələrinə və yaxınlarına başsağlığı verib və əmin…

Daha çox