Yağış yağacaq, şimşək çaxacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, ayın 6-dan 7-nə keçən gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal olunur. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24, gündüz 27-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 75-80 %, gündüz 45-50 % təşkil edəcək. Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli…

Daha çox

Kiyevə kütləvi hava hücumu edilib

Rusiyanın Ukraynanın paytaxtı Kiyevə endirdiyi kütləvi hava zərbələri nəticəsində azı 2 mülki şəxs həlak olub, 18 nəfər xəsarət alıb. SİA xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat yayıb. Şəhərdə güclü silsilə partlayışlar baş verib. Paytaxtın bir sıra ərazilərində dağıntı və yanğınlar qeydə alınıb. Axtarış-xilasetmə əməliyyatları davam edir. Həlak olanların sayının artacağı istisna edilmir. Fövqəladə Hallar Dövlət Xidmətinin yaydığı məlumatda isə hava hücumu nəticəsində Svyatoşin rayonunda bir neçə çoxmərtəbəli binaya ziyan dəydiyi qeyd olunub. “Doqquzmərtəbəli binada yanğın 6-cı mərtəbədən 9-cu mərtəbəyə kimi baş verib və…

Daha çox

Braziliya ABŞ-a qarşı sammit çağırdı

Braziliya rəhbərliyi BRİKS-in bəzi üzvlərinə qarşı ABŞ-ın aqressiv addımlarına blokun vahid cavab verməsi üçün videokonfrans formatında fövqəladə sammit çağırıb. SİA xəbər verir ki, bu barədə TASS-a braziliyalı politoloq Robertu Santos məlumat verib. “Braziliya prezident administrasiyasının gözləntiləri ondan ibarətdir ki, BRİKS ABŞ-ın aqressiyasına birgə cavab versin və blokun çoxtərəfliliyin, ölkələrarası hörmətin nümunəsi olaraq qaldığını nümayiş etdirsin”, – deyə ekspert bildirib. Onun sözlərinə görə, Braziliya lideri Luis İnasiu Lula da Silva ABŞ administrasiyasının tarif tədbirlərinə cavab olaraq icma üzvlərinə ticarət əlaqələrini daha da möhkəmləndirməyi təklif edəcək. “ABŞ-ın tarif tətbiq etdiyi bəzi Braziliya…

Daha çox

HƏMAS Trampın sözlərini təkzib etdi

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında münaqişənin həlli ilə bağlı Vaşinqtonla danışıqlar aparmır. SİA xəbər verir ki, bu barədə HƏMAS-ın adı açıqlanmayan üzvü “Əl Ərəbiyyə” telekanalına ABŞ Prezidenti Donald Trampın hərəkatla danışıqların aparılması barədə açıqlamasını şərh edərkən deyib. “Vaşinqtonla birbaşa və ya dolayı danışıqlar barədə məlumat doğru deyil”, – HƏMAS-dakı mənbə bildirib. Bundan əlavə, mənbə qeyd edib ki, hərəkat Qəzza zolağında daimi atəşkəsə, İsrail qoşunlarının anklavdan çıxarılmasına və humanitar yardımın göstərilməsinə imkan verəcək istənilən təkliflərə hazırdır.

Daha çox

Xorvatiya dron istehsalında lider mövqeyə sahib olmaq niyyətindədir

Xorvatiyanın Xarici və Avropa İşləri Nazirliyi “dron koalisiyasına” üzv olmaq niyyətindədir. SİA xəbər verir ki, bununla bağlı nazir Cordan Radman X platformasında bildirib. Daha əvvəl müdafiə naziri İvan Anuşiç qeyd edib ki, Zaqreb Avropa İttifaqında pilotsuz uçuş aparatlarının (PUA), xüsusən FPV dronlarının istehsalında lider mövqelərdən birini tutmaq istəyir. Onun sözlərinə görə, ABŞ, Fransa, Hindistan və Səudiyyə Ərəbistanı artıq Xorvatiyanın “Orqa” şirkəti ilə FPV-dronların təmin edilməsinə dair müqavilələr bağlayıblar. Qeyd edilir ki, “Orqa” dronlarında Çinə aid komponentlər yoxdur və bütün hissələr Avropa İttifaqı ölkələrində istehsal olunur. Xorvatiyanın bu addımı PUA sahəsində…

Daha çox

Bu gün ilin son Ay tutulması olacaq

Sentyabrın 7-də bu ilin ikinci və son Ay tutulması olacaq. SİA xəbər verir ki, bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Bildirilib ki, bu tutulma da ilin ilk Ay tutulması hadisəsi kimi tam Ay tutulmasıdır. Tutulma əsasən Avropa, Asiya, Afrika, Avstraliyanı, Hind okeanı və Antarktidanı əhatə edəcək. Şimali Amerikanın qərbi, Cənubi Amerikanın şərqi, Sakit okean, Arktikada isə qismən və yarımkölgəli tutulma müşahidə olunacaq. Tutulma prosesi Bakı vaxtı ilə saat 19:28-də başlayacaq və 8 sentyabr saat 00:55-də bitəcək. Diskin tam tutulması isə 21:30-da başlayacaq və 82 dəqiqə davam…

Daha çox

Londonda aksiya zamanı 425 nəfər saxlanılıb

Londonda qadağan edilən “Palestine Action” təşkilatına dəstək aksiyasında təxminən 425 nəfər saxlanılıb. SİA BBC-yə istinadla xəbər verir ki, etirazçılar arasında polis əməkdaşlarına hücum edən, ictimai asayişi pozan və qadağan olunmuş təşkilata dəstək göstərən şəxslər olub. Etirazçılar polisə zərbələr vurub, müxtəlif əşyalar atıblar. Xatırladaq ki, Britaniya hökuməti iyul ayında “Palestine Action” təşkilatını terrorçu qruplaşma elan edərək qadağan edib. Bu qərar təşkilat üzvlərinin Kral Hərbi Hava Qüvvələrinin bazasına daxil olaraq hərbi təyyarələrə ziyan vurmasından sonra qəbul edilib. Son həftələrdə təşkilatın yüzlərlə dəstəkçisi saxlanılıb. Yalnız ötən ay bir gün ərzində 500-dən çox etirazçı,…

Daha çox

“WhatsApp” təntənəli şəkildə “dəfn edildi”

Yakutskda (Rusiya) təşəbbüs qrupu “WhatsApp” mesencerinin təntənəli “dəfn mərasimi”ni keçirib. SİA xəbər verir ki, bu barədə “Sakha Life” məlumat yayıb. Bildirilir ki, təşkilatçılar tərəfindən “köhnə dostla vidalaşma” adlandırılan tədbir şəhər restoranlarından birində keçirilib. Aksiya iştirakçıları təşkilata məsuliyyətlə yanaşıb, bəzi ritualları bütün ciddiyəti ilə yerinə yetiriblər. “Əziz yaşıl mesencer, çoxillik ünsiyyət üçün təşəkkür edirik. Bütün əlaqələr saxlanılıb, çatlar köçürülüb. Artıq irəli getmək vaxtıdır”, – deyə tədbir iştirakçılarından biri deyib. Xatırladaq ki, “Roskomnadzor” Rusiyada “Telegram” və “WhatsApp” mesencerlərində zənglərin qismən məhdudlaşdırılması istiqamətində tədbirlər görüb. Qurumun izahına görə, bu platformalar Rusiya vətəndaşlarını aldatmaq,…

Daha çox

ABŞ-da təhlükəli maddələr zavodunda güclü partlayış olub

ABŞ-ın İndiana ştatında kimyəvi zavodda partlayış baş verib. SİA xəbər verir ki, bu barədə “14News” məlumat yayıb. Bildirilib ki, Nyuburq şəhərində insident ötən gün saat 14:42-də (Bakı vaxtı ilə 22:42) qeydə alınıb. Zavod binasının yaxınlığında kimyəvi maddələr yanıb. Ətrafdakı sakinlərdən müəssisəyə yaxınlaşmamaq, evdə qalmamaq və pəncərələri bağlamaq xahiş olunub. Zavodun yaxınlığındakı yol avtomobillər üçün bağlanıb. Hadisə yerinə təhlükəli maddələrə nəzarət üzrə mütəxəssislər və bir neçə yanğınsöndürmə briqadası gəlib. Ölən və ya yaralananlarla bağlı məlumat verilməyib.

Daha çox

Polşanın şərqinə naməlum obyekt düşdü

Polşanın şərqinə, Maydan-Selets kəndi yaxınlığına mənşəyi naməlum olan obyekt düşüb. SİA xəbər verir ki, bu barədə RMF FM məlumat yayıb. Radio stansiyası qeyd edib ki, obyekt yaşayış binalarından 500 metr aralıda yerə çırpılıb. Hadisə yerinə polis və təcili yardım xidmətləri cəlb olunub. Maydan-Selets – Tomashuv-Lyubelski şəhərinin şimalında yerləşən, 200-dən bir qədər çox əhalisi olan bir kənddir. Bu kənd Ukrayna sərhədindən 30 km, həmçinin üç il əvvəl Ukrayna raketinin düşdüyü Pşevodovo kəndindən 30 km məsafədə yerləşir. Həmin hadisədən sonra Polşa hava məkanına daxil olan obyektlərə qarşı yüksək hazırlıq vəziyyətindədir.

Daha çox