Rusiya prezidenti Vladimir Putin onun haqqında lentə alınanlara, kitablarda yazılanlara baxmır və oxumur.
SİA-nın məlumatına görə, bunu VEF-də TASS-a müsahibəsində dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
…Özünün də dəfələrlə dediyi kimi, özü haqqında nə kitab oxuyur, nə də filmlərə baxır, – Peskov bildirib.
Onun sözlərinə görə, Putin “sadəcə buna vaxt itirmək istəmir”.
Mətbuat katibi bildirib ki, prezident tarixi filmlərə və seriallara, ilk növbədə sənədli filmlərə üstünlük verir, bəzən onlara yolda baxır. Sentyabrın 3-də Pekində keçirdiyi mətbuat konfransında Rusiya prezidenti britaniyalı aktyor Cud Lounun canlandırdığı “Kreml sehrbazı” filmi haqqında ilk dəfə eşitdiyini bildirib.
Filmin premyerası avqustun sonunda Venesiya kinofestivalında olub.
Əli Babayev