Qarabağ Universitetində toy çalındı


Qarabağ Universitetinin gənc əməkdaşları Fatimə Səfərova və Elxan Qurbanlı ailə həyatı qurublar. SİA xəbər verir ki, xəbəri sosial şəbəkədə ictimailəşdirən Qarabağ Universitetinin rektoru Şahin Bayramov bildirib ki, gənclərin evliliyi kollektivin böyük sevincinə səbəb olub. “Xankəndi şəhərində keçirilən toy məclisi doğma Qarabağımızda həyatın bərpası prosesində Qarabağ Universitetinin fəal iştirakının növbəti göstəricisidir. Universitetimizin qurulmasında və inkişafında pay sahibi olan hər iki əməkdaşımızı ürəkdən təbrik edir, onlara xoşbəxt və firavan ailə həyatı arzulayırıq. Qarabağ Universiteti ailəsinin üzvü olmaq sonsuz fəxarətdir!”, – rektor qeyd edib.

Əlaqəli Xəbərlər