Zelenski Makronla Ukraynaya hücuma cavabı müzakirə edib


Vladimir Zelenski Fransa prezidenti Emmanuel Makronla telefon danışığı zamanı Ukraynaya hücuma cavabı müzakirə edib.

SİA xəbər verir ki, bu barədə Ukrayna rəhbəri Telegram-da məlumat verib.

…Biz müvafiq cavabı təmin etmək üçün diplomatik səylərimizi, gələcək addımlarımızı və tərəfdaşlarımızla təmaslarımızı əlaqələndirdik, – deyə yazıda bildirilir.

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, sentyabrın 7-də Rusiya ordusu yüksək dəqiqlikli silahlar və hücum dronları ilə Ukrayna İHA-larının istehsalı, yığılması, təmiri, saxlanması və buraxılması obyektlərinə, eləcə də Ukrayna hərbi hava bazalarına kütləvi zərbələr endirib.

Əli Babayev

Əlaqəli Xəbərlər