“İlski” neft emalı zavodu əlil edilib…




Zavodun əsas obyekti tamamilə dağılıb…



Ukrayna Xüsusi Əməliyyat Qüvvələri Rusiya Federasiyasının Krasnodar diyarında “İlski” neft emalı zavodunu sıradan çıxarıb.

SİA-nın məlumatına görə, əməliyyat rus partizanları ilə birgə həyata keçirilib.

Sentyabrın 7-nə keçən gecə Xüsusi Əməliyyat Qüvvələri Rusiya Federasiyasının Krasnodar diyarındakı “Qara qığılcım” müqavimət mərkəzi ilə birgə neft emalı zavodunda xüsusi əməliyyat keçiriblər.

Təxminən saat 02:00 radələrində Xüsusi Əməliyyat Qüvvələrinin və Rusiya partizanlarının planlaşdırılmış tədbirləri nəticəsində neft emalı zavodunun fəaliyyətini təmin edən əsas obyekt – ELOU-AT-6 emal bölməsi tamamilə məhv edilib.

…ELOU-AT-6 ilkin neft emalı kompleksidir, gücü ildə 6 milyon ton xam neftdir. Bu bölmə xam nefti susuzlaşdırır və duzsuzlaşdırır, daha sonra benzin və dizel yanacağı kimi müxtəlif neft məhsulları əldə etmək üçün onu fraksiyalara ayırır.

Bunu Xüsusi Əməliyyat Qüvvələri izah edir.

…Belə ki, Rusiya neft emalı zavodu tamamilə sıradan çıxıb və aqreqat təmir olunmayana qədər fəaliyyət göstərə bilməyəcək.

Əli Babayev

Əlaqəli Xəbərlər