Naxçıvanın bəzi ərazilərində üç gün işıq fasilələrlə veriləcək

Naxçıvan şəhəri və Babək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq. SİA xəbər verir ki, sentyabrın 8-dən 11-dək Naxçıvan şəhəri və Babək rayonunun müəyyən ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq. Qeyd olunan günlərdə 110/35/10 kilovoltluq “Xalçaçılıq” yarımstansiyasından qidalanan 10/0,4 kV-luq xətlərdə dartılma və ağacların budanması işləri həyata keçiriləcək. Eyni zamanda, Nehrəm 35/10 kV yarımstansiyasından qidalanan 10 kV-luq Nehrəm-2, Nehrəm-3 və Nehrəm-4 hava xətlərində, eləcə də 10/0,4 kV KTM-lərdə təmir işləri görüləcək. Bununla əlaqədar Naxçıvan şəhərinin 59, 61, 48, 49 nömrəli məhəllələrində və Yunis Cabbarov küçəsində, eləcə də Babək şəhəri…

Daha çox

“Azərbaycanın nəqliyyat-kommunikasiya xətləri Çin üçün əhəmiyyətlidir”

“Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfəri Azərbaycan üçün strateji və siyasi baxımdan böyük əhəmiyyət kəsb edir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Onun sözlərinə görə, səfər çərçivəsində bir çox ölkələrin yüksək səviyyəli nümayəndələri ilə mühüm görüşlər və təmaslar baş tutdu: “Bu görüşlərdə ikitərəfli münasibətlər, iqtisadi-ticari əməkdaşlıq və gələcək perspektivlər müzakirə edildi. Səfər, Azərbaycanın Asiya ölkələri ilə əlaqələrinin genişlənməsi baxımından vacib addım olmaqla yanaşı, Prezident İlham Əliyevin həyata keçirdiyi çoxvektorlu xarici siyasətin uğurlu nəticəsidir. Azərbaycan bu gün Çin kimi qlobal gücün strateji tərəfdaşıdır. Rəsmi Pekin Azərbaycanın Şanxay…

Daha çox

Ədliyyə Nazirliyinin çağrı mərkəzi ötən ay 12 min müraciəti cavablandırıb

Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzi müraciətlərin obyektiv araşdırılması və cavablandırılması, fəaliyyətin təkmilləşdirilməsi üçün təhlillərin aparılması və vətəndaş məmnunluğunun artırılmasını təmin edir. Nazirlikdən SİA-ya verilən məlumata görə, Çağrı Mərkəzi iş vaxtı ərzində fasiləsiz olaraq Nazirliyin bütün fəaliyyət sahələri üzrə vətəndaşların müraciətlərinin cavablandırılmasını və yönləndirilməsini həyata keçirir. Avqust ayı ərzində “881” Çağrı Mərkəzinə məhkəmə qərarlarının icrası, məhkəmə ekspertizası, bələdiyyələrin fəaliyyəti, notariat, qeydiyyat, penitensiar, probasiya və digər aidiyyəti sahələr üzrə daxil olan 12.599 müraciətdən 12.078-i cavablandırılıb. Vətəndaşlara göstərilən xidmət səviyyəsi (daxil olan zənglərin 30 saniyə ərzində cavablandırmaya qəbul faizi) 87 faiz təşkil edib,…

Daha çox

süni intellekt dost və ya düşmən?

Son günlərdə süni intellektə əsaslanan söhbət proqramı qətl və intihar kimi faciəli hadisələrlə əlaqələndirilir və geniş ictimai etirazlara səbəb olur. SİA xarici KİV-ə istinadən xəbər verir ki, süni intellektdən təsirlənən bəzi insanlar həyatlarını buna uyğun formalaşdırmağa başladıqdan sonra şirkət valideyn nəzarətini tətbiq edəcəyini açıqlayıb. Bununla belə, bu faciəvi hadisələr süni intellektin qaranlıq və təhlükəli tərəfini bir daha diqqət mərkəzində saxlayıb. Bu yaxınlarda 56 yaşlı Stein-Erik Soelberg adlı şəxs anasını öldürdükdən sonra süni intellektlə söhbət edərək dünyanı təəccübləndirib. Mütəxəssislər bu hadisənin süni intellektdən istifadə ilə bağlı sənədləşdirilmiş ilk cinayət ola biləcəyini…

Daha çox

“Qeyri-neft sektorunun inkişafı ölkəyə etibarlı gəlir qazandıracaq”

“Azərbaycanın iqtisadiyyatının uzun illər əsas dayağı neft və qaz kimi enerji resursları olub. Lakin dünya bazarlarında bu resursların qiymətlərinin kəskin enib-qalxması ölkə üçün müəyyən risklər yaradıb. Bu səbəbdən enerji asılılığının azaldılması, iqtisadiyyatın şaxələndirilməsi Azərbaycanın gələcəyi üçün strateji zərurət hesab olunur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib. Onun sözlərinə görə, bu proses iqtisadi sabitliyi təmin edəcək. Neft qiymətlərinin dəyişməsi birbaşa büdcə gəlirlərinə təsir göstərir və sosial-iqtisadi layihələrin maliyyələşdirilməsində çətinliklər yarada bilir: “Qeyri-neft sektorunun inkişafı isə ölkəyə daha etibarlı və dayanıqlı gəlir mənbələri qazandıracaq. Nəticədə dövlətin maliyyə siyasəti bazardakı…

Daha çox

Rumıniya parlamenti hökumətə etimadsızlıq səsverməsi təklifini rədd edib

Rumıniya parlamenti hökumətə etimadsızlıq səsverməsi ilə bağlı 4 təklifi rədd edib. SİA “Agenrpres”ə istinadla xəbər verir ki, Nazirlər kabinetinə etimadsızlıq səsverməsi təklifi ilə ölkənin 3 müxalifət partiyası çıxış edib. Təkliflərin müzakirəsi 7 saatdan artıq davam etsə də, heç biri yetərli 233 səsi ala bilməyib. Hakim partiyanın deputatları zalda olsalar da, səsvermədə iştirak etməyiblər.

Daha çox

Suriyada İŞİD lideri həbs edildi

Suriya təhlükəsizlik qüvvələri ölkənin şərqindəki Deyr əz-Zor əyalətində İŞİD liderlərindən birini həbs edib. SİA xəbər verir ki, Əbu Hüseyn əl-İdari ləqəbli terrorçu təşkilatın Suriyada fəaliyyət göstərən hücrələrinin maddi-texniki təminatına, həmçinin toqquşmalarda öldürülən İŞİD yaraqlılarının arvadlarına nağd ödənişlərə cavabdeh olub. Avqustun 22-də İŞİD yaraqlıları Deyr əz-Zor vilayətinin şərqindəki nəzarət-buraxılış məntəqəsində terror aktı törədib və nəticədə təhlükəsizlik xidmətinin zabiti həlak olub.

Daha çox