Cari ilin ikinci və son Ay tutulması başa çatıb. SİA xəbər verir ki, tTutulma prosesi Bakı vaxtı ilə saat 19:28-də başlayıb və 8 sentyabr saat 00:55-də bitib. Diskin tam tutulması isə 21:30-da başlayıb və 82 dəqiqə davam edib. “Qanlı Ay” Azərbaycanda da müşahidə olunub.
Daha çoxDay: September 8, 2025
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 4. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 6. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 7. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 8. Mikayıl…
Daha çox88 operator ABŞ-a poçt daşımalarını dayandırdı
Yeni gömrük rüsumlarının tətbiqindən sonra dünyanın müxtəlif ölkələrindən 88 operator ABŞ-a poçt daşımalarını dayandırıb və ya məhdudlaşdırıb. SİA xəbər verir ki, bu barədə Ümumdünya Poçt İttifaqı məlumat yayıb. Bildirilir ki, bu səbəbdən ABŞ-la poçt mübadiləsi 81 faiz azalıb. Daşımaları azaldan operatorlar arasında Deutsche Post (Almaniya) və Royal Mail (Birləşmiş Krallıq) kimi qlobal poçt daşıyıcıları da yer alır. Qeyd edək ki, əvvəllər ABŞ-a 800 dollar həcmində şəxsi poçt göndərişlərinə heç bir vergi tətbiq edilmirdi. İndi bu rəqəm 100 dollara endirilib.
Daha çoxViktor Orban Avropa İttifaqının yenidən təşkilinə çağırıb
Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının (Aİ) yenidən təşkilinə çağırıb. SİA xəbər verir ki, hökumət başçısı bu barədə hakim FİDES partiyasının iclasında bildirib. “Avropa İttifaqını süqutdan xilas etmək üçün yenidən təşkil etmək lazımdır” – deyə, Orban vurğulayıb.
Daha çoxKülək, yağış, dolu… – Bu günün HAVASI
Külək, yağış, dolu… – Bu günün HAVASI
Daha çoxTramp Putinlə danışıqlar aparacağını AÇIQLADI
ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparmaq niyyətində olduğunu açıqlayıb. SİA xəbər verir ki, o, bu barədə mətbuat konfransında məlumat verib. “Çox tezliklə. Yaxın bir neçə gün ərzində”, – Tramp Putinlə gözlənilən söhbəti barədə suala cavab verib. ABŞ Prezidenti sentyabrın 5-də də yaxın vaxtlarda rusiyalı həmkarı ilə danışmaq niyyətində olduğunu bəyan etmişdi. Eyni zamanda, həmin gün Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib ki, Kreml hələ də ABŞ-dan Putinlə Tramp arasında danışıq tələbi barədə eşitməyib.
Daha çoxİsveçdə yağış səbəbilə yük qatarı relsdən çıxıb
İsveçdə sursat və litium batareyaları daşıyan yük qatarı relsdən çıxıb. SİA xəbər verir ki, hadisənin səbəbi ölkənin şimal hissəsində Baltik sahillərində yerləşən Vesternorrland bölgəsinə yağan güclü yağış olub. Hadisənin nəticələrinin aradan qaldırılması və dəmir yolunun bərpası prosesinin bir neçə həftə çəkəcəyi bildirilir.
Daha çoxFransada ifrat sağçıların reytinqi yüksəlib
Fransada bazar günü keçirilən rəy sorğusu ifrat sağ qüvvələrin reytinqinin yüksək olduğunu göstərib. SİA “Figaro”ya istinadla xəbər verir ki, səsverməni “Toluna Harris Interactive” təşkilatı keçirib. Rəy sorğusu göstərir ki, növbədənkənar parlament seçkiləri keçiriləcəyi təqdirdə ifrat sağçı Milli Cəbhə Partiyası və onun tərəfdaşları yerlərin azı 33 faizinə sahib olacaq. Digər partiyalar 10 – 19 faiz arası səs ala bilər. Avqustun sonunda keçirilmiş rəy sorğusu da Milli Cəbhənin parlamentdəki yerlərin 32 – 33 faizinə sahib ola biləcəyini göstərirdi.
Daha çoxİsrail naziri suriyalı həmkarı ilə görüşəcək
İsrailin müdafiə naziri İarael Katz bu həftə Suriyanın xarici işlər naziri Əsad əl-Şeybani ilə görüşəcək. SİA xəbər verir ki, bu haqda “əl-Ərabiyyə” kanalı İsrailin dövlət televiziyasına istinadən məlumat yayıb. Görüşün təfərrüatları ilə bağlı məlumat verilməyib.
Daha çoxBir gündə Qəzzada ölənlərin sayı açıqlandı
İsrailin Qəzza şəhəri və ətrafına bir gündə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 52 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb. Bildirilib ki, onlarla sakin müxtəlif xəsarətlə xəstəxanalara çatdırılıb. Belə ki, 48 saat ərzində şəhərdə azı 50 ev tamamilə dağılıb, daha 100 binaya ziyan dəyib. Qəzzada məcburi köçkünlər üçün yaradılmış düşərgələr də atəşə tutulub, burada ən azı 200 çadır dağıdılıb. Humanitar yardım paylama mərkəzlərində yemək alan fələstinlilər atəşə tutulub. Bu hücumda 85 nəfər yaralanıb, 8 nəfər isə aldığı xəsarətlərdən ölüb. Qeyd olunur ki, sentyabrın 6-da 74…
Daha çox