Tezliklə Qəzza ilə bağlı razılaşma əldə edəcəyik

Tezliklə Qəzza ilə bağlı razılaşma əldə edəcəyik. SİA-nın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib. “HƏMAS-la bağlı bəzi məsələlər ortaya çıxdı və biz çox yaxşı ola biləcəyini düşündüyümüz bir həll üzərində işləyirik. Bu barədə çox yaxında eşidəcəksiniz. Biz buna son qoymağa, girovları geri qaytarmağa çalışırıq”,- deyə Tramp bildirib. Tramp çox yaxşı müzakirələrin baş tutduğunu əlavə edib. Dövlət başçısı Qəzzada saxlanılan israilli girovların azad ediləcəyinə və meyitlərin qaytarılacağına əmin olduğunu bildirib.

Daha çox

Üç ölkədə kütləvi internet kəsilməsi baş verdi

Qırmızı dənizdə sualtı kabelin zədələnməsi Hindistan, Pakistan və BƏƏ-də internetin geniş şəkildə kəsilməsinə səbəb olub. SİA xəbər verir ki, bu barədə “Netblocks” internet monitorinq qrupu məlumat yayıb. Problemlərin Səudiyyə Ərəbistanının Ciddə şəhəri yaxınlığındakı SMW4 və IMEWE kabel sistemlərindəki nasazlıqlarla bağlı olduğu güman edilir. BƏƏ-dəki “Etilasat” və “Du” şəbəkələrində də sürətlərin azaldılması və giriş çətinlikləri olduğu bildirilib. Hazırda yaranmış məsələlərin həlli istiqamətində iş aparılır. Sentyabrın 7-də bildirilib ki, “Microsoft”un “Azure” bulud saxlama platformasının istifadəçiləri Qırmızı dənizdə sualtı fiber-optik kabellərin zədələnməsi səbəbindən problemlərlə üzləşə bilər. Sentyabrın 1-də məlum olub ki, Estoniya və…

Daha çox

ABŞ-da yeni bir tendensiya populyarlıq qazanır…

Terapiya müştərilərin əhval-ruhiyyəsini yaxşılaşdırır… …Mayamidə yeni sağlamlıq tendensiyası populyarlıq qazanır – arxa, baş və qolların peşəkar və yüngül cızılması. SİA xəbər verir ki, bu barədə sentyabrın 3-də Fox News məlumat yayıb. Onlayn sifariş edərkən belə bir xidmətin qiyməti 30 dəqiqə üçün təxminən 75 və bir saat üçün 130 dollardır, cütlər üçün daha çoxdur. Mayamidə studiyası olan ailə tərəfindən idarə olunan Scratcher Girls şirkəti özünü bu növün ilki adlandırır və terapiyanın müştərilərin əhval-ruhiyyəsini yaxşılaşdırdığını bildirir. Brend iddia edir ki, cızma proseduru istirahəti təşviq etməli, əhval-ruhiyyəni və…

Daha çox

Bu mənim HƏMAS-a son xəbərdarlığımdır

“İsrail mənim şərtlərimi qəbul edib, HƏMAS-ın da qəbuletmə vaxtıdır. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb. O bildirib ki, hamı girovların evə dönməsini, müharibənin bitməsini istəyir. “Şərtləri qəbul etməməyin nəticələri ilə bağlı HƏMAS-a xəbərdarlıq etmişəm. Bu mənim son xəbərdarlığımdır, başqası olmayacaq”,- deyə Tramp əlavə edib.

Daha çox

“Mən hazıram”,- dedi Amerika prezidenti…

Tramp sanksiyaların ikinci mərhələsinə keçməyə və Putini “cəzalandırmağa” hazırdır. ABŞ prezidenti bu barədə Ağ Evin qarşısında keçirdiyi mətbuat konfransında bildirib… ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların “ikinci mərhələsinə” keçməyə hazır olduğunu bildirib. SİA xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Trampın Ağ Ev qarşısında keçirdiyi mətbuat brifinqindəki bəyanatına istinadən məlumat yayıb. Xüsusilə, jurnalistin Ağ Evin Rusiya diktatoru Vladimir Putinə (Ukraynaya qarşı kütləvi zərbələrə görə-A.B.) cəza kimi Kremlə qarşı sanksiyalar tətbiq etməyə hazır olub-olmaması ilə bağlı sualına Tramp müsbət cavab verib. “Mən hazıram”,- dedi Amerika prezidenti… Əli Babayev

Daha çox

“İlski” neft emalı zavodu əlil edilib…

Zavodun əsas obyekti tamamilə dağılıb… Ukrayna Xüsusi Əməliyyat Qüvvələri Rusiya Federasiyasının Krasnodar diyarında “İlski” neft emalı zavodunu sıradan çıxarıb. SİA-nın məlumatına görə, əməliyyat rus partizanları ilə birgə həyata keçirilib. Sentyabrın 7-nə keçən gecə Xüsusi Əməliyyat Qüvvələri Rusiya Federasiyasının Krasnodar diyarındakı “Qara qığılcım” müqavimət mərkəzi ilə birgə neft emalı zavodunda xüsusi əməliyyat keçiriblər. Təxminən saat 02:00 radələrində Xüsusi Əməliyyat Qüvvələrinin və Rusiya partizanlarının planlaşdırılmış tədbirləri nəticəsində neft emalı zavodunun fəaliyyətini təmin edən əsas obyekt – ELOU-AT-6 emal bölməsi tamamilə məhv edilib. …ELOU-AT-6 ilkin neft emalı kompleksidir, gücü…

Daha çox

Rusiya vilayətində keşiş qarət edilib…

…Tver vilayətinin Bejetsk şəhərində kilsələrdən birinin keşişi dayanacaqda qarət olunduqdan sonra polisə müraciət etmək məcburiyyətində qalıb. SİA-nın məlumatına görə, “Allah adamı” 26 min rubl olan pulqabı və mobil telefonunun oğurlandığını bildirib. Polis kilsə xidmətçilərini və hadisə şahidlərini dindiriblər. …Və tezliklə cinayəti törədən şəxs müəyyən edilib. Onun 1987-ci il təvəllüdlü Bejetsk sakini olduğu məlum olub. Məlum olub ki, keşiş ehtiyatsızlıqdan telefonunu və pulqabısını maşının kapotunun üstünə qoyub, bundan sonra maşına minərək oradan uzaqlaşıb. Əşyalar cinayətkarın tapdığı yerə düşüb, – Rusiya Daxili İşlər Nazirliyinin Tver vilayəti üzrə məlumatında deyilir. Şübhəli şəxs oğurlanmış…

Daha çox