Çinə səfər edəcək YAP nümayəndə heyəti ilə görüş keçirilib

Sentyabrın 8-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında partiyanın 2025-ci il 9-17 sentyabr tarixlərində Çin Xalq Respublikasında (ÇXR) səfərdə olacaq nümayəndə heyəti ilə görüş keçirilib. SİA xəbər verir ki, YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan-Çin münasibətlərinin möhkəm dostluğa, qarşılıqlı faydalı əməkdaşlığa və hərtərəfli strateji tərəfdaşlığa əsaslandığını vurğulayıb. İki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşdirilməsi üçün etibarlı zəminin mövcud olduğunu diqqətə çatdıran Tahir Budaqov Azərbaycan-Çin münasibətlərinin hər iki ölkənin milli maraqlarına və müasir qlobal çağırışlara cavab verdiyini qeyd edib: “Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının…

Daha çox

Simonyana xərçəng diaqnozu qoyuldu…

Təbliğatçı RT-nin baş redaktoru postunu tərk edə bilər… “Rossiya Seqodnya” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyan sentyabrın 7-də “Vladimir Solovyovla axşam” verilişində bildirib ki, həkimlər ona “dəhşətli, ciddi” xəstəlik diaqnozu qoyublar. O, əməliyyat olunmalı olduğunu deyib və döşünün sol tərəfini göstərib. …Mən hiss etdim ki, bu gün efirə çıxıb həqiqəti deməliyəm, çünki tamaşaçıların şayiələrlə qidalanmasına imkan verməkdənsə, özümüz həqiqəti söyləmək həmişə daha yaxşıdır,- deyib. Daha sonra Simonyan mastektomiyadan danışdığını açıqladı: …Gənc qvardiyadan olan qızları xatırlayanda onların döşlərinin diri-diri kəsiləcəyini bilirdik – mənimki kimi…

Daha çox

“Ucuz forma uşaqlar üçün ciddi sağlamlıq riskləri yaradır“

“Yeni tədris ili yaxınlaşdıqca valideynlərin ən böyük qayğısı məktəbli formalarının qiymətidir. Sosial şəbəkələrdə 2-3 manata satılan geyimlərin reklamı isə geniş yayılıb. Ancaq biz həkimlər valideynlərə bildirmək istəyirik ki, ucuz forma uşaqlar üçün ciddi sağlamlıq riskləri yaradır, buna görə də ucuz formalara qaçmasınlar”. Bu sözləri SİA-ya açıqlamasında infeksionist, ailə həkimi Fidan Həsənli deyib. O bildirib ki, ucuz qiymətə satılan geyimlərin əksəriyyəti sintetik materiallardan hazırlanır: “Bu parçalar bədəni nəfəs almağa qoymur, təri saxlayır və dəridə qıcıqlanma yaradır. Uşaqlar günün böyük hissəsini məktəbdə keçirdiyinə görə, belə geyimlər dəri səpgiləri, göbələk infeksiyaları, qaşınma və…

Daha çox

“Azərbaycan yaşıl enerjiyə keçid sahəsində lider ölkələrdən birinə çevrilə bilər”

“Azərbaycanın yaşıl enerji konsepsiyasına keçidi olduqca vacib və strateji əhəmiyyətli prosesdir. Bu keçid həm ölkəmizin enerji təhlükəsizliyi, həm də ekoloji dayanıqlılıq baxımından yeni imkanlar açır. Ancaq təbii ki, bu prosesin özünəməxsus çətinlikləri də mövcuddur”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib. Onun sözlərinə görə, birinci əsas problem maliyyə və investisiya məsələləridir. Yaşıl enerji layihələrinin – istər günəş, istər külək, istərsə də bioenerji sahəsində olsun – qurulması böyük maliyyə vəsaiti tələb edir. Bu səbəbdən həm dövlət, həm də özəl sektor tərəfindən bu…

Daha çox

İlham Əliyev daha bir fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Döyüş Bayrağı haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Döyüş Bayrağının təsviri”nin təsdiq edilməsi barədə fərman imzalayıb. SİA fərmanın mətnini təqdim edir: 1. “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Döyüş Bayrağı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur). 2. Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Döyüş Bayrağının təsviri” təsdiq edilsin (əlavə olunur).

Daha çox

“”Zapad-2025” təlimləri müharibəyə hazırlıqdır..?”

Təhlükə Narva, Dauqavpils və Vilnüs şəhərlərini təhdid edir… “Zapad-2025” təlimləri hərbi ekspertlər və siyasətçilərin narahatlığına səbəb olur. Rusiya və Belarusun manevrlər pərdəsi altında Suvalki boşluğunu yarmağa cəhd edə biləcəyi barədə xəbərdarlıqlar getdikcə artır. Bu hərbi təlimlər zamanı Kreml və Lukaşenko rejiminin real məqsədləri nədən ibarətdir? SİA-nın məlumatına görə, Ukrayna Ali Radasının Xalqın qulluqçusu partiyasından olan deputatı Oleq Dundaya suala cavab verib… …Onların əsas məruzəçisi Dmitri Medvedevin dediyi şey NATO-nun Avropa hissəsinə birbaşa təhlükədir. Bütün bunlar Litva, Latviya və Finlandiyanın guya Rusiyaya hücum etməyə hazır olduqları barədə…

Daha çox

“Ucuz forma uşaqlar üçün ciddi sağlamlıq riskləri yaradır“

“Yeni tədris ili yaxınlaşdıqca valideynlərin ən böyük qayğısı məktəbli formalarının qiymətidir. Sosial şəbəkələrdə 2-3 manata satılan geyimlərin reklamı isə geniş yayılıb. Ancaq biz həkimlər valideynlərə bildirmək istəyirik ki, ucuz forma uşaqlar üçün ciddi sağlamlıq riskləri yaradır, buna görə də ucuz formalara qaçmasınlar”. Bu sözləri SİA-ya açıqlamasında infeksionist, ailə həkimi Fidan Həsənli deyib. O bildirib ki, ucuz qiymətə satılan geyimlərin əksəriyyəti sintetik materiallardan hazırlanır: “Bu parçalar bədəni nəfəs almağa qoymur, təri saxlayır və dəridə qıcıqlanma yaradır. Uşaqlar günün böyük hissəsini məktəbdə keçirdiyinə görə, belə geyimlər dəri səpgiləri, göbələk infeksiyaları, qaşınma və…

Daha çox

Ətin qiyməti bahalaşmağa davam edəcək?

“Ölkədə ətin bahalaşması davam edir və bunun əsas səbəblərindən biri bahalaşan ətin qiymətləri fonunda istehlakın azalmamasıdır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib. Onun sözlərinə görə, qiymətlərin stabilləşməsi üçün təlabatın aşağı düşməsi lazımdır: “Lakin artan qiymətləri əhali qarşılaya bilir. Digər səbəb isə saxlanılan heyvanların sayındakı kəskin azalmadır. 2021-ci ilin yanvar ayı ilə 2025-ci ilin rəqəmlərini müqayisə etsək, görərik ki, həm iribuynuzlu heyvanların, həm də xırdabuynuzlu heyvanların sayında azalma var. Bu da bazara çıxarılan məhsulun da həcminə təsir edir. Burada qiymətlərin tənzimlənməsində idxal da rol oynayır. Qiymətlərin tənzimlənməsi prosesində idxal…

Daha çox

Şahin Mustafayev Çinə gedir

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Çinə səfər edəcək. SİA xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey bugünkü brifinqdə bildirib. Onun sözlərinə görə, bu gün Baş nazirin müavini Şahin Mustafayev 25-ci Çin Beynəlxalq İnvestisiya və Ticarət sərgisində iştirak etmək üçün Çinə yola düşəcək, Çin-Azərbaycan ikitərəfli investisiya Forumuna və Çin-Azərbaycan investisiya əməkdaşlığı üzrə İşçi Qrupunun ilk iclasına sədrlik edəcək.

Daha çox

Ağdərənin Vəngli kəndində 29 ailəyə evlərinin açarları təqdim olunub

İşğaldan azad olunmuş torpaqlara “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Ağdərə rayonunun Vəngli kəndinə çatan ailələrə mənzillərin açarları təqdim olunub. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. SİA-nın bölgə müxbiri xəbər verir ki, bu mərhələdə Ağdərənin Vəngli kəndinə 29 ailə – 105 nəfər köçürülüb. Ağdərəyə köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub. Açarların…

Daha çox