“İndiki halda qiymət artımının qarşısının alınmasını təklif edə bilmərik“

“Daşınmaz əmlak bazarında qiymət artımının davamlı xarakter almasının müxtəlif səbəbləri var. Bu səbəblər sırasında Azərbaycanda mütəmadi olaraq ilkin mənzil bazarı üzrə, yəni tikililər üzrə qiymətlərin müsbətə doğru dəyişməsidir. Təbii ki, ilkin mənzil bazarında qiymətlər davamlı olaraq artdığı üçün bu bütövlükdə daşınmaz əmlak, o cümlədən mənzil bazarına da öz təsirini göstərir”. Bu sözləri SİA-ya açıqlamasında Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib. O bildirib ki, müəyyən makroiqtisadi və xarici təsirlər də qiymət artımında özünü göstərir: “Sözsüz ki, şəhərsalma və tikinti ilə bağlı hökumət tərəfindən qəbul edilən qərarlar, yəni inzibati təsirlər də…

Daha çox

Çin-Azərbaycan münasibətləri tarixdə özünün ən yüksək səviyyəsinə çatıb

Prezident İlham Əliyevin bu yaxınlarda Çinə səfəri Azərbaycanla müxtəlif sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığa güclü təkan verib, həmçinin iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin məzmununu zənginləşdirib. SİA xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey Azərbaycan Prezidentinin Çinə səfərinin yekunları ilə bağlı mətbuat konfransında bildirib. Onun sözlərinə görə, iki dövlət başçısının rəhbərliyi Çin-Azərbaycan münasibətlərinin hərtərəfli strateji tərəfdaşlığının inkişafı ilə daha da möhkəmlənib: “Prezident İlham Əliyev Çinə 8 dəfə səfər edib və ÇXR Sədri Si Cinpinlə müxtəlif formatlarda 10-dan çox görüş keçirib. İki ölkənin liderləri yaxşı işgüzar əlaqələr…

Daha çox

Tullantı sularını düzgün idarə etməyən fiziki şəxslər 1000 manatadək cərimələnəcək

Azərbaycanda, əsasən də Bakı ətrafı kanalizasiya şəbəkəsi ilə tam təmin edilməmiş ərazilərdə yaşayış məntəqələrində formalaşan tullantı suların əhali qrupu tərəfindən ətraf mühitə, o cümlədən su və su təsərrüfatı obyektlərinə birbaşa axıdılması hallarına rast gəlinir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən (SİMDNX) SİA-ya verilən məlumata görə, mərkəzləşdirilmiş tullantı suların axıdılması sisteminə çıxışı olmayan əhali qrupları tullantı suların idarə olunmasında alternativ və təhlükəsiz üsullardan istifadə etməli, mövcud qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud olmayan ərazilərdə tullantı suların idarə olunması “Su təchizatı və tullantı…

Daha çox

Çin xalqı aqressiyaya qarşı mübarizədə Azərbaycan xalqının dəstəyini unutmayacaq

“Çin və Azərbaycan İkinci Dünya müharibəsində Qələbənin əldə olunması naminə danılmaz tarixi töhfələr veriblər. Hər iki ölkə multilateralizmin, beynəlxalq bərabərliyin və ədalətin müdafiəsində əsas qüvvədir”. SİA xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey bugünkü brifinqdə bildirib. Səfir qeyd edib ki, Azərbaycan tərəfindən yeni dərc olunmuş tarixi materialları oxuyaraq 40 mindən çox azərbaycanlının Uzaq Şərq və Zabaykalye cəbhələrinin tərkibində xidmət etdiyini və Yaponiyanın Kvantun ordusuna qarşı döyüşlərdə fəal iştirak etdiyini öyrənib: “Onlar Çinin Harbin, Şenyang və Çançun kimi mühüm şəhərləri uğrunda döyüşlərə əhəmiyyətli töhfə veriblər. Çin xalqı aqressiyaya…

Daha çox

Hesablama Palatası Maliyyə Nazirliyinə irad bildirib

Hesablama Palatası vahid xəzinə hesabının sərbəst qalığından istifadə ilə bağlı Maliyyə Nazirliyinə irad bildirib. SİA-nın məlumatına görə, bu barədə Palatanın 2025-ci ilin ilk yarısı üzrə dövlət büdcəsinin icrasına dair hesabatında bildirilib. Qeyd edilib ki, 2025-ci ilin müvafiq dövründə vahid xəzinə hesabının sərbəst qalığından daxili borcun azaldılmasına 1 mlrd. 395,4 mln. manat vəsait yönəldilib. Halbuki, “Büdcə sistemi haqqında” Qanunda sərbəst qalıqdan daxili borcun azaldılmasına vəsait ayrılması nəzərdə tutulmur. Palata vurğulayıb ki, bu addım qanunvericilikdə təsbit edilmədiyi halda həyata keçirilib və gələcəkdə büdcə intizamının təmin olunması üçün belə halların aradan qaldırılması vacibdir.

Daha çox

Siyasi reanimasiya

Zaman keçdikcə və müxtəlif hadisələr yaşandıqca daha çox anlayırsan ki, informasiya bolluğu və sosial şəbəkə “azğınlığı” tüğyan edən bir dövrdə siyasi maarifçiliyə zərurət heç zaman olmadığı qədər böyükdür. Ölkənin uğurları və artan beynəlxalq nüfuzu, habelə qütbləşmə ilə bağlı dünyada müşahidə olunan müxtəlif tendensiyalar fonunda daxili sabitlik və həmrəylik mühiti daim kimlərinsə hədəfində olacaqdır. Hər bir vətəndaş şəxsi siyasi simpatiyalarının məzmunundan asılı olmayaraq bilməlidir ki, ölkənin daxili məsələlərinə xaricdən müdaxilə etmə cəhdləri ilk növbədə siyasi partiyalar vasitəsilə aparılır. Məhz qeyd olunan obyektiv həqiqət səbəbindən xarici qüvvələr, eləcə də siyasi alver ilə…

Daha çox

İsrail Livana 8 yeni hava zərbəsi endirib

İsrail ordusu Livanın şərqindəki Hermel bölgəsinə və Baalbek şəhərinin Lebve şəhəri ətrafına 8 hava zərbəsi endirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail döyüş təyyarələri Hermel bölgəsi ətrafında 7 hava hücumu həyata keçirib. İsrail ordusu Baalbek əyalətinin Lebve şəhəri ətrafına da hava zərbələri endirib. İsrail Ordusunun sözçüsü Aviçay Adraee, Amerikanın “X” şirkətinin sosial media platformasında verdiyi açıqlamada, İsrail ordusunun Livanın şərqindəki Bekaa vadisindəki Hizbullahın Rıdvan Qüvvələrinin düşərgələrinə və silah anbarlarına hücum etdiyini iddia edib. Adraee düşərgələrin İsrailə qarşı hücumları planlaşdırmaq və hazırlamaq…

Daha çox

Naxçıvanda hərbi vəzifəlilərlə təlim toplanışı başa çatıb

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi təlim toplanışı başa çatıb. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, toplanış çərçivəsində ümumqoşun və ixtisas hazırlığı üzrə məşğələlər keçirilib, atıcı silahlardan və qumbaraatanlardan praktiki atış çalışmaları icra olunub, həmçinin günün nizam qaydalarına uyğun fəaliyyətlər yerinə yetirilib. Hərbi vəzifəlilərə müşahidə dronlarından istifadə qaydaları da göstərilib və müxtəlif tapşırıqlar məşq etdirilib. Sonda toplanış müddətində fərqlənən hərbi vəzifəlilər mükafatlandırılıb.

Daha çox

Son 10 ildə Sumqayıtda şəhər təsərrüfatı sahəsində görülən işlər sosial rifaha xidmət edir

Son on ildə Sumqayıt şəhərində genişmiqyaslı abadlıq və infrastruktur layihələri icra olunub. SİA xəbər verir ki, mənzil fondunun yenilənməsi, yol və nəqliyyat infrastrukturunun genişləndirilməsi, yaşıllaşdırma tədbirləri, həmçinin enerji, su və qaz təchizatının gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Görülən işlər şəhərin simasının müasirləşməsinə və sakinlərin həyat şəraitinin yaxşılaşmasına xidmət edib. Şəhərin çoxmənzilli yaşayış binalarında genişmiqyaslı abadlıq və quruculuq işləri görülüb. Belə ki, 1200 çoxmənzilli binanın dam örtüyü yenidən qurulub, 935 binanın zirzəmisi təmizlənərək şəbəkələri əsaslı təmir olunub. 795 binanın, eləcə də 4 yataqxananın fasadı yenilənib, 47 bina aqlay daşla üzlənib və…

Daha çox

Bu ilin 7 ayında 62 müraciət qeydə alınıb

2025-ci ilin yanvar-iyul ayları ərzində texniki şərtlərin qeydiyyata alınması ilə bağlı ümumilikdə 62 müraciət qeydə alınıb və onlardan 58-i təmin olunub. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən SİA-ya bildirilib ki, texniki şərtlər mala (işə, xidmətə), onunla əlaqəli proseslərə (o cümlədən idarəetmə sistemlərinə) və istehsal metodlarına dair texniki tələbləri müəyyənləşdirən, tətbiqi könüllü olan normativ sənəddir. Texniki şərtlər müvafiq sahədə dövlət standartı və ya Azərbaycan Respublikasında birbaşa tətbiq olunan beynəlxalq, regional, dövlətlərarası və xarici dövlət standartları olmadığı təqdirdə və ya təsərrüfat subyekti tərəfindən müəyyən edilmiş yeni texniki…

Daha çox