“Zəngəzur dəhlizi regionda sabitliyin rəmzinə çevrilə bilər”

“Zəngəzur dəhlizi açıldıqdan sonra onun regionda geo-siyasi balansa heç bir mənfi və ya dağıdıcı təsiri ola bilməz. Əksinə, bu dəhliz regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası və genişləndirilməsi baxımından ciddi bir addımdır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib. Onun sözlərinə görə, dəhlizin fəaliyyəti sayəsində Orta Asiya – Cənubi Qafqaz – Avropa xətti boyunca yeni ticarət və enerji marşrutları yaranacaq ki, bu da yalnız regional deyil, həm də qlobal səviyyədə geoiqtisadi dinamikanı gücləndirəcək: “Lakin bu məsələdə ən çox narahatlıq ifadə edən dövlətlərdən biri İrandır. İranın narahatlığı əsasən Zəngəzur dəhlizinin açılması…

Daha çox

“Azərbaycan məsələnin antiterror tədbirlərinə qədər uzanmasında maraqlı olmayıb”

“Azərbaycan Respublikasının Konstitusiyasının 9-cu maddəsinə əsasən ölkəmiz başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir. Biz ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi niyyət kimi müəyyən etmişik və başqa dövlətlərlə münasibətlərimizi hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qururuq”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib. Onun sözlərinə görə, 30 ilə yaxın bir dövrdə Ermənistanın dövlət siyasəti çərçivəsində həyata keçirilən və Azərbaycan ərazilərinin 20 faizindən artığının…

Daha çox

“Hər kəsin gözəlliyi özünə xas, özünəməxsus olmalıdır”

“Gözəllik tarixən insanların əhəmiyyət verdiyi və hər coğrafiyada fərqli tabuları olan anlayış olub. Bir millətin ecazkar hesab etdiyi gözəllik kriteriyası başqa bir millətə absurd gəlib. Hər xalqın, ölkənin, millətin fərdi, spesifik gözəlliyi olub. Amma indi nəinki millətlər, bir ölkədə yaşayan eyni millətin nümayəndələri belə bir-birinə bənzəmir. İnsanlar, xüsusilə qadınlar sanki özünə nifrət edir, görünüşlərindən daim narazıdırlar, məmnuniyyət hissi yoxdur, hamı özünü dəyişmək sevdasına düşür”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Lalə Mehralı deyib. O bildirib ki, gözəllik spesifik olmalıdır, hər kəsin gözəlliyi özünə xas, özünəməxsus olmalıdır: “Siz indi öz spesifik gözəlliyi…

Daha çox

Qızılın bahalaşması davam edəcək, yoxsa?

“Dünyada artıq qızılın qiymətində artım müşahidə olunur. Bu qızıl qeyri-sabit, iqtisadi və siyasi şəraitdə kifayət qədər sabit və cəlbedici investisiya aləti olduğundan investorların marağına səbəb olur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib. Onun sözlərinə görə, bu baxımdan əlbəttə ki, qızılın daim dəyəri qorunur və artır: “Bu baxımdan insanların da marağını çəkir. Yaxşı olardı ki, hər kəs öz yığımını şaxələndirilmiş investisiya alətlərində saxlasın. Yəni, investisiya portfeli şaxələndirilməlidir — qızıl, daşınmaz əmlak, səhmlər, istiqrazlar və digər maliyyə alətləri arasında balanslı bölgü aparılmalıdır. Bu yanaşma risklərin azaldılmasına və uzunmüddətli maliyyə sabitliyinin…

Daha çox

Növbəti köç karvanı Ağdərənin Vəngli kəndinə yola salınıb

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam edir. Sentyabrın 8-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkün ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Ağdərənin Vəngli kəndinə yola salınıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, bu mərhələdə Vəngli kəndinə 29 ailə – 105 nəfər köçürülür.

Daha çox

Xocalının Xanyurdu kəndində 15 ailəyə evlərinin açarları təqdim olunub

Bu gün köç karvanı ilə Xocalı rayonunun Xanyurdu kəndinə çatan ailələrə yeni evlərinin açarları təqdim olunub. SİA-nın bölgə müxbiri xəbər verir ki, 15 ailə olmaqla, 46 keçmiş məcburi köçkün doğma yurduna qovuşub. Açarların təqdimat mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər. Mənzillərin açarlarını təqdim edən xüsusi nümayəndənin müavini Səbuhi Qəhrəmanov bildirib ki, kənddə sakinlərin rahat yaşayışı üçün müasir infrastruktur yaradılıb. Kənd içməli su, elektrik enerjisi və təbii qazla, rabitə xətti ilə…

Daha çox

“Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etdi”

“19 sentyabr 2023-cü ilin əhəmiyyəti tariximizdə olduqca böyükdür. Bu antiterror əməliyyatı vasitəsilə bir sıra strateji və siyasi hədəflərimizə nail olduq”. Bu sözləri SİA-ya açıqlamasında AMEA-nın Tarix İnstitutunun elmi işçisi, tarixçi alim Paşa Həsənli deyib. Onun sözlərinə görə, əvvəla, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış və qəbul olunmuş ərazi bütövlüyünün tam təmin olunması baxımından olduqca əhəmiyyətli bir gün idi. Milli mübarizənin bu istiqamətdə Vətən müharibəsinin yekunu qoyuldu və Azərbaycanın bu müharibədə qələbəsi tam şəkildə təmin olundu, sənədləşdirildi. Həmin gün müharibənin bu mərhələsi başa çatdı və Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etdi:…

Daha çox

“Böyük Qayıdış azad edilmiş ərazilərdə dayanıqlı həyatın bərpasını təmin edir”

“Böyük Qayıdış proqramı Azərbaycanın dövlət siyasətində ən prioritet istiqamətlərdən biridir. Bu proqramın əsas məqsədi uzun illər işğal altında qalmış torpaqların bərpası, infrastrukturun yenidən qurulması və həmin ərazilərə əhalinin mərhələli şəkildə geri qaytarılmasıdır. Hazırda regionlarda genişmiqyaslı işlərin aparıldığını müşahidə edirik”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, əsas diqqət infrastruktur layihələrinə yönəlib. Azad edilmiş ərazilərdə yollar, körpülər, elektrik xətləri, qaz və su təchizatı sistemləri sürətlə qurulur. Bu, həm əhalinin geri dönüşü üçün zəruri şərait yaradır, həm də regionların iqtisadi canlanmasının əsasını qoyur: “Eyni zamanda “ağıllı kənd”…

Daha çox

Əvvəl sanksiya, sonra hücum

Tramp Rusiyaya təzyiqi artırır ABŞ-Rusiya münasibətləri ilk baxışdan loyal kimi görünə bilər. Amma Vaşinqtonun, xüsusən də prezident Trampın gedişləri, administrasiyasını davranışları fərqli nüansları diqqət mərkəzinə gətirir. Rusiyanın Ukrayna ilə müharibəyə çəkilməsi əsasən Qərbin marağında olub və bu gün də savaşın davam etməsini istəyir. Qərb koalisiyasının başında kim dayanır? Əlbəttə, ABŞ. Deməli Tramp hansı bəyanatı verirsə versin, Putinlə nə qədər səmimi olursa olsun, əsas məqsədinin əzəli düşmənini məhv etmək olduğunu unutmamalıyıq. Qərb dişini Rusiyanın təbii sərvətlərinə qıcayıb, iştahası Ukrayna prezidenti Zelenski ilə tələsik nadir mineralların istismarı ilə bağlı müqavilənin imzalanmasında da…

Daha çox

Son 5 ildə ən çox alınan maşın markaları – Çin yoxsa Koreya?

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə görə, 2024-cü il ərzində ölkədə minik avtomobillərinin sayı 5,5% və ya 83 308 ədəd artaraq ilin sonunda 1 585 265 olub. SİA-nın məlumatına görə, minik avtomobilləri arasında ilk sıranı 408 426 ədədlə keçmiş SSRİ, indi isə Rusiya istehsalı olan “Lada” ( VAZ ) markalı minik avtomobilləri tutur. Bu minik avtomobilləri ölkədəki ümumi minik avtomobillərinin 25,8%-ni təşkil edir. İkinci sırada isə 220 242 minik avtomobili ilə məşhur Almaniya brendi olan “Mercedes” markalı minik avtomobilləri yer alır. Onların sayı…

Daha çox