Düşənbədə Tacikistanın sədrliyi ilə MDB İqtisadi Şurasının 107-ci iclası keçirilib. İştirakçılar bir sıra strategiyalar qəbul etdilər: 2026-2035-ci illər üçün elmi-texnoloji, nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması. Bu barədə MDB internet portalı məlumat yayıb. Yeni strategiyalar və dərin inteqrasiya istiqamətində konkret addımlar Danışıqlar zamanı tərəflər 2026-cı ili Səhiyyə ili elan ediblər. Tacikistanın sədrliyi ilə keçirilən MDB İqtisadi Şurasının iclasında 27 əsas məsələyə baxılıb, ticarət maneələrinin aradan qaldırılmasına xüsusi diqqət yetirilib. Yüksək səviyyəli işçi qrupu təqdim edilmiş 42 iddiadan 37-nin həll edildiyini bildirdi ki, bu da iqtisadi inteqrasiya istiqamətində müsbət addım idi. MDB ölkələrinin (Azərbaycan,…
Daha çoxDay: September 8, 2025
Dövlət Məşğulluq Agentliyinin yeni layihəsi çərçivəsində ilk klaster müəssisə istifadəyə verilib
Oğuz rayonunda qurulan müəssisədə özünüməşğulluq proqramı çərçivəsində avtomobil təmirinə aid sahələr üzrə aktivlər verilmiş şəxslər eyni məkanda fəaliyyət göstərəcək. SİA-ya verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi yeni “PeşəCar” layihəsi çərçivəsində ilk klaster müəssisə istifadəyə verilib. Oğuz rayonunda yaradılan müəssisədə eyni fəaliyyət sahəsi – avtomobil təmiri ilə bağlı əvvəlcədən müəyyən edilmiş istiqamətlər üzrə özünüməşğulluq proqramına cəlb edilməklə müvafiq aktivlərlə təmin olunan şəxslərin eyni məkanda, birgə fəaliyyət göstərməsi üçün yaradılıb. Oğuz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə istifadəyə verilmiş müəssisədə onlar avtoelektrik, avtomobil şinlərinin…
Daha çoxKənd təsərrüfatı naziri Qusarda vətəndaşların müraciətlərini dinləyəcək
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov sentyabrın 12-də saat 09:00-da Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən SİA-ya bildirilib ki, qəbul zamanı bu rayonlardan olan vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək. Vətəndaş qəbulunda iştirak etmək istəyən Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinləri Qusar DAİM-ə (077-301-34-12) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı…
Daha çox“Qlobal bazardakı vəziyyət Azərbaycan bazarına təsir edir”
“Ümumiyyətlə, məhsul və xidmətin yekun qiymətini formalaşdıran əsas faktor onun ərsəyə gətirilməsində çəkilən xərclərdir. Çəkilən xərclər yüksək olarsa, yekun qiymət də bir o qədər yüksək olur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib. Onun sözlərinə görə, hal-hazırda da bildiyiniz kimi Azərbaycan iqtisadiyyatını əsasən idxal üzərində qurub: “Bir çox məhsullar xaricdən gətirilir. Hətta daxildə istehsal edilən məhsulların belə xammal və inqrediyentlərinin əksəriyyəti xaricdən idxal olunur. Bu amil birbaşa olaraq yekun qiymətə təsir göstərir. Bununla yanaşı, dünya bazarında baş verən qiymət dalğalanmaları da daxili bazarda məhsulların dəyərinə öz təsirini göstərir.…
Daha çoxBakıda piyada zonaları yaradılır
Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, Bakı şəhərində piyada zonalarının yaradılması və geniş abadlıq-quruculuq işləri davam etdirilir. Bakı Şəhər İcra Hakimiyyətindən SİA-ya verilən xəbərə görə, artıq bir müddətdir, İslam Səfərli küçəsində Bakı Şəhər İcra Hakimiyyəti və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən abadlıq-quruculuq işləri aparılır. İşlər çərçivəsində döşəmə örtüyü yenilənir, piyadayönümlülük yaradılır və həmin ərazinin müyəssərliyi təmin edilir. Eyni zamanda müvafiq qurumlar tərəfindən ərazidə mövcud yararsız kommunikasiyaların yenilənməsi işləri aparılır. Gələcəkdə bu layihənin digər ərazilərdə də tətbiqi və ətraf ərazilərin tamamilə piyadalaşdırılması nəzərdə tutulur. Sözügedən layihə həmdə şəhərin ümumi…
Daha çoxUşaq evinin sakinləri üçün piknik təşkil olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 3 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri üçün yay mövsümünün başa çatması və yeni dərs ilinin başlanması münasibətilə piknik keçirilib. Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən SİA-ya verilən məlumata görə, tədbir çərçivəsində uşaqlar üçün animator və klounun iştirakı ilə müxtəlif əyləncəli oyunlar, rəsm üzrə master-klas və alov şousu təşkil olunub. Qeyd edək ki, belə əyləncəli tədbirlər mütəmadi olaraq agentliyin bütün müəssisələrinin sakinləri üçün keçirilir.
Daha çoxXocalının Xanyurdu kəndinə növbəti köç karvanı yola salınıb
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı sentyabrın 8-də Ağdamdan Xocalının Xanyurdu kəndinə yola salınıb. SİA-nın məlumatına görə, bu mərhələdə Xanyurdu kəndinə 15 ailə – 46 nəfər köçürülür. Doğma yurda qayıdan keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. …
Daha çoxAQTA və Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında Fəaliyyət Planı imzalanıb
Sentyabrın 5-də Budapeşt şəhərində Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclası keçirilib. Bu barədə SİA-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib. Bildirilib ki, iclasdan sonra “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında 2025-2027-ci illər üçün Fəaliyyət Planı” və digər sənədlər imzalanıb. Budapeştdə keçirilən XI iclasın iki ölkənin ticarət, biznes, qida təhlükəsizliyi və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyəti yüksək dəyərləndirilir.
Daha çox“Aqrar sektorun inkişafı üçün müasir texnologiyanın tətbiqi vacibdir“
“Azərbaycanın xarici ölkələrlə əlaqələrini gün keçdikcə genişləndirməsi aqrar sektorun inkişafına öz müsbət təsirini göstərir. Nəinki aqrar sektorun inkişafında, bütün sahələrdə uğurlu nəticələr əldə olunur. Azərbaycan bir çox ölkələrə pampıq, üzüm, xurma və digər kənd təsərrüfatı məhsulları ixrac edir. Sözsüz ki, xarici ölkələrdən də müəyyən kənd təsərrüfatı avadanlıqları, eləcə də sənaye məhsulları idxal olunur”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. Deputat bildirib ki, ölkənin iqtisadi inkişafında xarici ölkələrlə yaradılmış əlaqələr çox vacibdir: “Bu gün Azərbaycan dünyanın bir çox ölkələri ilə mühüm sənədlər imzalamış, eləcə…
Daha çox“Ermənistan mina xəritələrini tam şəkildə təqdim etməlidir”
“Minaların təmizlənməsi məsələsində Azərbaycan tərəfi Qarabağın işğaldan azad edildiyi gündən etibarən əməli tədbirlər görməyə başlayıb”. Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib. O bildirib ki, ilk vaxtlar bu proses zəif gedirdi, çünki açıq şəkildə desək, Azərbaycanın bu sahədə əvvəl təcrübəsi yox idi. Qarabağ istisna olmaqla, ölkənin heç bir ərazisində ciddi şəkildə minalanmış sahələr olmayıb və ya müharibədən çıxmış, düşmən tərəfindən tamamilə minalanmış torpaqlar reallığı ilə qarşılaşmamışdıq. Azərbaycan tərəfi zaman keçdikcə bu problemin nə qədər ciddi olduğunu daha aydın gördü: “İşğal dövründə heç kim düşünmürdü ki, ermənilər…
Daha çox