Azərbaycanda Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb

Bakıda Süni İntellekt Akademiyasının (AI Academy) açılış mərasimi keçirilib. Bu barədə SİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib. Məlumata görə, tədbirdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, elm və təhsil naziri Emin Əmrullayev iştirak ediblər. Açılış mərasimində akademiyanın fəaliyyət planı, təhsil proqramları və ölkədə süni intellekt ekosisteminin inkişafına dair qarşıya qoyulan hədəflərlə bağlı məlumat verilib. İştirakçılar tədris mühiti və yaradılmış şəraitlə tanış olub, tələbələrlə təhsil prosesinə hazırlıq, onların gözləntiləri və gələcək planları barədə fikir mübadiləsi aparıblar. Qeyd edək ki, “AI Academy” AZCON Holding-in dəstəyi ilə fəaliyyət göstərəcək tədris…

Daha çox

“Azərbaycan Çinlə dostluq, əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət verir”

“Azərbaycan-Çin münasibətləri dinamik inkişaf edən, qarşılıqlı əməkdaşlıq fəlsəfəsinə söykənən və hər iki ölkələrin maraqlarına xidmət edən münasibətlərdir. Çin bugün həm coğrafi mövqeyinə, həm iqtisadi göstəricilərinə görə dünya siyasətinin tam da mərkəzində duran ölkələrdən biridir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, Çin mənbə ölkədir, yəni istehsal edən ölkədir və onun istehlak bazarlarına çıxması üçün bizim yerləşdiyimiz coğrafiyaya ehtiyacı olan bir ölkədir: “Azərbaycanda bu fürsətləri qiymətləndirməyi bacaran və onların realizə edilməsi üçün qlobal əhəmiyyətli layihələr həyata keçirən ölkədir. Belə olan zaman əlbəttə ki, Çin-Azərbaycan münasibətləri ilk…

Daha çox

İşə getmək problemi və ya erqofobiya nədir?

“Ətrafınızda işləməyən və işləmək istəməyən, iş axtarmaq haqqında düşünməyən tanıdıqlarınız var? Bəs 15-20 il eyni iş yerində eyni vəzifədə aşağı maaşa çalışaraq, buna qane olan və yeni iş tapmaq haqqında düşünməyənlər? Yəqin bir çoxumuz bu insanları qınayırıq, onlara öyüd-nəsihətlər veririk, işləmək lazım olduğunu və ya daha yaxşısına layiq olduğunu deyirik, amma bizə qulaq asan var? Səbəb düşündüyünüz kimi sadə deyil. Bir çoxları üçün iş axtarmaq, işi tapdıqdan sonra isə hər gün işə getmək cəhənnəm əzabıdır. Onlar böyük səbirsizliklə bayram və istirahət günlərini, məzuniyyəti gözləyirlər. Bu günlərdə sanki tamam başqa adam…

Daha çox

Sabaha olan hava proqnozu AÇIQLANDI

Sentyabrın 9-da gözlənilən hava şəraiti açqılanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-25, gündüz 28-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər bəzi yerlərdə…

Daha çox

İqtisadiyyat nazirinin birinci müavini Uruqvayda bir sıra görüşlər keçirib

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin Uruqvaya səfəri çərçivəsində bir sıra görüşlər keçirilib. Nazirlikdən SİA-ya bildirilib ki, səfər çərçivəsində iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Uruqvayın xarici əlaqələr nazirinin müavini Valeria Csukasi ilə görüşüb. Görüşdə Azərbaycan iqtisadiyyatı, ölkəmizdə investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində reallaşdırılan tədbirlər diqqətə çatdırılıb. Qeyd edilib ki, Azərbaycanla Uruqvay arasında indiyədək iqtisadi, gömrük, mədəniyyət və digər sahələri əhatə edən ümumilikdə altı sənəd imzalanıb. İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün geniş imkanlar mövcuddur. Əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin, keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb. Uruqvayın sənaye, enerji və mədənçilik…

Daha çox

Baş prokuror Naxçıvanda vətəndaşları qəbul edəcək

Sentyabrın 16-da Baş prokuror Naxçıvanda vətəndaşları qəbul edəcək. Baş Prokurorluğun Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Baş prokuror Kamran Əliyev sentyabrın 16-da, saat 10:00-da Naxçıvan Muxtar Respublikası prokurorluğunun inzibati binasında Naxçıvan şəhər, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayon sakinlərinin qəbulunu keçirəcək. Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Naxçıvan şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək. Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli, Naxçıvan Muxtar…

Daha çox

Bu il ƏDV-nin məbləği 20 milyon manatı ötüb

Azərbaycan ərazisində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması davam etdirilir. Dövlət Vergi Xidmətindən SİA-ya verilən məlumata görə, cari ilin yanvar–avqust aylarında yaşayış və qeyri-yaşayış sahələrinin alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılan həcmi 20 milyon 176,6 min manat təşkil edib.

Daha çox

İlham Əliyev Tacikistan Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonu ölkənin Müstəqillik Günü münasibətilə təbrik edib. SİA-nın məlumatına görə, təbrikdə deyilir: “Hörmətli Emoməli Şərifoviç, Tacikistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram. Sizin müdrik rəhbərliyiniz altında qardaş Tacikistanda sosial-iqtisadi sahədə əldə edilən uğurlar, ölkənin beynəlxalq nüfuzunun artması bizi sevindirir. Azərbaycan ilə Tacikistan arasında münasibətlərin hazırkı yüksək səviyyəsi xalqlarımızın bir-birinə bəslədiyi dərin hörmət və etimaddan irəli gəlir. Bu ortaq iradədən qaynaqlanan dövlətlərarası əlaqələrimizin yüksələn…

Daha çox

“Bədəni yazılarla doldurmaq yox, biliklərlə zənginləşmək vacibdir”

“Nəsillər arasında hər zaman özünü təsdiq etmək üçün müəyyən yeniliklər və innovasiyalar olub. Bəzən bu, elmi və ədəbi axtarışlarda, bəzən texniki yeniliklərdə, bəzən də döyüşlərdə, məğlubiyyətlərdə və ya yeni torpaq əldə edilməsində özünü göstərib”. Bunu SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib. O bildirib ki, çox vaxt insanlar cəmiyyətin içində fərqlənmək üçün qeyri-adi hərəkətlərə əl atıblar: “Pəhləvanlıq, sehirbazlıq, Quran hafizliyi, gözəl xəttatlıq, güləş və digər idman növlərində qalib gəlmək də…

Daha çox

Paytaxtda “Bakı Su Həftəsi” keçiriləcək

10–12 sentyabr tarixlərində 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – “Baku Water Week” (Bakı Su Həftəsi) keçiriləcək. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin dəstəyi ilə təşkil edilən sərgi Bakı Ekspo Mərkəzində baş tutacaq. Sərgidə su təsərrüfatı sahəsində ən son texnologiyalar, innovativ mexanizmlər, müasir dünya tərcübəsi nümayiş olunacaq. Sərgi dövlət qurumlarını, beynəlxalq şirkətləri, ekspertləri və peşəkar ziyarətçiləri bir araya toplayacaq. SİA-nın verdiyi məlumata görə, dünyada su ehtiyatlarının azalması və iqlim dəyişikliklərinin təsiri bəşəriyyətin qarşısında duran ən böyük çağırışlardan biridir. Azərbaycan üçün də su təhlükəsizliyi prioritet istiqamətlərdəndir. Dövlət tərəfindən həyata keçirilən layihələr…

Daha çox