Suriya təhlükəsizlik qüvvələri ölkənin şərqindəki Deyr əz-Zor əyalətində İŞİD liderlərindən birini həbs edib. SİA xəbər verir ki, Əbu Hüseyn əl-İdari ləqəbli terrorçu təşkilatın Suriyada fəaliyyət göstərən hücrələrinin maddi-texniki təminatına, həmçinin toqquşmalarda öldürülən İŞİD yaraqlılarının arvadlarına nağd ödənişlərə cavabdeh olub. Avqustun 22-də İŞİD yaraqlıları Deyr əz-Zor vilayətinin şərqindəki nəzarət-buraxılış məntəqəsində terror aktı törədib və nəticədə təhlükəsizlik xidmətinin zabiti həlak olub.