ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparmaq niyyətində olduğunu açıqlayıb. SİA xəbər verir ki, o, bu barədə mətbuat konfransında məlumat verib. “Çox tezliklə. Yaxın bir neçə gün ərzində”, – Tramp Putinlə gözlənilən söhbəti barədə suala cavab verib. ABŞ Prezidenti sentyabrın 5-də də yaxın vaxtlarda rusiyalı həmkarı ilə danışmaq niyyətində olduğunu bəyan etmişdi. Eyni zamanda, həmin gün Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib ki, Kreml hələ də ABŞ-dan Putinlə Tramp arasında danışıq tələbi barədə eşitməyib.