Dron hücumundan sonra Polşa rus diplomatı xalça üzərinə çağırıb…





Etiraz notasını çatdırmaq üçün…



…Polşa Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkili Andrey Ordaşı çağırıb. Buna səbəb Rusiya pilotsuz təyyarələrinin Polşanın hava məkanını pozması olub.

SİA-nın məlumatına görə, bu barədə The Guardian xəbər verir.

Rusiyalı diplomat Polşa Xarici İşlər Nazirliyinə çağırılacaq və ona etiraz notası veriləcək.

O, saat 13:00-dan əvvəl şöbəyə gəlməli idi. Sentyabrın 10-na keçən gecə Rusiyaya məxsus pilotsuz uçuş aparatları NATO üzvü olan Polşanın hava məkanını pozub.

Hava təhlükəsini dəf etmək üçün təyyarələr səmaya qaldırıldı.

Əli Babayev

Əlaqəli Xəbərlər