“Yasda “pul yazdırmaq” adəti insanların bir-birinə mənəvi və maddi dəstək göstərməsinin bir formasıdır”


Azərbaycanda yas mərasimlərində “pul yazdırmaq” ənənəsi uzun illərdir davam edir. Lakin bu təcrübəyə dair dini baxımdan suallar tez-tez gündəmə gəlir. Bəzi insanlar bunu yardımın bir forması hesab edir, digərləri isə təmənnalı davranış kimi görür. Bəs, İslamda bu ənənə nə dərəcədə düzgündür? Yasda pul yazdırmaq dinimizə uyğundurmu? Yas mərasimində yardımı necə göstərmək daha doğru olar? Ümumiyyətlə, “pul yazdırmaq” adəti tarixə qovuşa bilərmi?

Məsələ ilə bağlı deputat Ceyhun Məmmədov SİA-ya açıqlamasında bildirib ki, bu Azərbaycanda uzun illərdir davam edən bir ənənədir:

”İnsanlar xüsusilə bölgələrdə bu cür addımlar atırlar. Xərc çox olduğuna görə, belə addımlar atılır. İnsanların içindən gələn bir şeydir. Buradaki məbləğ də kiçik olur. Yəni toydakı kimi böyük məbləğ deyil. Bu təcrübə xüsusilə bölgələrdə daha geniş yayılıb və cəmiyyətin kollektiv həmrəylik mədəniyyətinin bir nümunəsi kimi qəbul olunur. İllərlə formalaşan bu adət insanların bir-birinə mənəvi və maddi dəstək göstərməsinin bir formasıdır. Belə vəziyyətdə qohumlar, qonşular və tanışlar tərəfindən təqdim olunan kiçik məbləğlər həm real yardım, həm də mənəvi dəstək kimi dəyərləndirilir”.

Əlaqəli Xəbərlər