Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti 69 dolları ötüb. SİA xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,32 ABŞ dolları və ya 0,5% artaraq 69,02 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 68,70 ABŞ dolları idi.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.