Xocavənd rayonunun Sos kəndinə də köç karvanı yola düşüb. SİA xəbər verir ki, Sos kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə Sos kəndinə 10 ailə – 45 nəfər köçürülür.