…Birləşmiş Ştatlar Avropanın Rusiya qazının idxalını tamamilə dayandıracağını və onu Amerika enerji resursları ilə əvəz edəcəyini gözləyir.
SİA-nın məlumatına görə, bunu ABŞ-ın enerji naziri Kris Rayt cümə axşamı Brüsseldə danışıqlardan sonra bildirib.
…Məqsədimiz bütün dünyadakı müttəfiqlərimizi Amerikanın enerji resursları ilə təmin etməkdir… Bu tezis, mənim fikrimcə, bu gün mənim olduğum Avropada xüsusilə aktualdır, çünki idxal olunan təbii qazın demək olar ki, 50 faizi Rusiyadan gəlirdi.
Reuters Raytın sözlərini sitat gətirir.
2025-ci ilin yanvar-iyul aylarında Rusiyanın “Qazprom” şirkəti Avropa İttifaqına cəmi 9,93 milyard kubmetr qaz nəql edib ki, bu da 2024-cü ilin analoji dövrünün (18,3 milyard kubmetr) təxminən yarısı çoxdur.
Bu temp davam edərsə, ilin sonuna qədər Rusiya qazının Avropaya ixracı təxminən 17 milyard kubmetr təşkil edəcək ki, bu da 1970-ci illərin əvvəlindən bəri ən aşağı göstərici olacaq.
Eyni zamanda, 2025-ci ilin ilk altı ayında Avropa İttifaqına Rusiya maye qazının idxalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə (pul ifadəsində) 29 faiz çox olub.
Əli Babayev