Amerikalı fəal Çarli Kirkin ölümü ilə bağlı saxlanılan şəxs 22 yaşlı Tayler Robinsindur.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında Yuta ştatının qubernatoru Spenser Koks məlumat verib. Şübhəli şəxs Yuta ştatındandır.
“Onu tutduq. Sentyabrın 11-də axşam saatlarında Tayler Robinsonun ailə üzvü ailə dostu ilə əlaqə saxlayıb və o da Vaşinqton əyalətinin şerifi ilə danışaraq Robinsonun etiraf etdiyini və ya hadisəni törətdiyinə eyham vurduğunu təsdiqləyib”, – deyə qubernator bildirib.