Döyüşə aşpaz və sürücülər gedir…





Rusiyanın bir istiqamətdə piyadaları tükənir…



…Qulyai-Polye istiqamətində isə düşmən fəlakətli itkilərə görə aşpazları, sürücüləri, pilotsuz uçuş aparatlarının operatorlarını və yaralı əsgərlərini hücuma keçir.

SİA xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Rusiya qoşunları Ukrayna Müdafiə Qüvvələrinin peşəkar hərəkətləri və öz bacarıqsızlıqları ucbatından böyük itkilər verir.

Kremlin səfərbərlik kampaniyası gözlənilən effekti vermir, ona görə də komandanlıq hamını hücuma atmağa məcbur olur.

Yaralılar, ağır xəstələr, aşpazlar, sürücülər, siqnalçılar və dron operatorları cəbhə bölgəsinə göndərilir.

Rus əsgərləri döyüş qabiliyyətini tamamilə itirdiklərini bildirirlər.

…Mən tərpənə bilmirəm. Dizlərim dağılıb, hətta ayaq üstə dayana bilmirəm, -deyə rus əsgərlərindən biri şikayətlənir. Komandirlər də öz növbəsində öz əsgərlərinə hörmətsizlik nümayiş etdirməkdə davam edirlər.

…Ruslar etiraf edirlər ki, onlarda fəlakətli insan qıtlığı var.

Əli Babayev

Əlaqəli Xəbərlər