Pakistan ordusu ilə yaraqlılar arasında toqquşma olub


Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətində silahlılara qarşı əməliyyat zamanı baş verən toqquşmada ilkin məlumatlara görə 7 əsgər ölüb, 13 əsgər yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, “Davn” qəzetinin məlumatına görə, Pakistan ordusunun hərbiləşdirilmiş sərhəd qüvvələri dünən Hayber Paxtunxvanın Aşağı Dir bölgəsində silahlılara qarşı əməliyyata başlayıb.

Silahlılar əməliyyat çərçivəsində yaradılan təhlükəsizlik konvoyuna atəş açıb. İlkin məlumatlara görə, qarşıdurma nəticəsində 7 əsgər həlak olub, 13 əsgər yaralanıb. Dağlıq bölgədə baş verən qarşıdurma nəticəsində bir əsgərin itkin düşdüyü bildirilir. Pakistan ordusu dünən Mohmand, Şimali Vəziristan və Hayber Paxtunxvanın Bannu rayonlarında həyata keçirilən əməliyyatlarda Pakistan talibanına bağlı olduğu müəyyən edilən 19 yaraqlının zərərsizləşdirildiyini açıqlayıb.

Əlaqəli Xəbərlər