Rio-de-Janeyroda ilk dəfə “Quran” tilavəti müsabiqəsi keçirilib…


…Cənubi Amerikada ilk dəfə Rio-de-Janeyroda “Quran” tilavəti müsabiqəsi keçirilib. Müsabiqə BRİKS-in Müsəlman Ruhani Liderlərinin Toplantısı ilə üst-üstə düşür və “Ruhani İpək Yolu” VI Beynəlxalq Konfransı çərçivəsində keçirilib. Rusiya, BƏƏ, Braziliya, İran, Misir, İndoneziya, Malayziya, Hindistan, Efiopiya, Cənubi Afrika Respublikası və Qazaxıstanın ən yaxşı hafizləri olan iştirakçılar “Tiləva” – Quranın məharətlə oxunması üzrə yarışıblar.

SİA-nın məlumatına görə, mükafatın qalibi Misirdən olan qiraətçi Məhəmməd Əhməd Fəthalla Əhməd Səlim olub. İkinci yeri İndoneziya təmsilçisi Məhəmməd Rza Maulana Nurdin, üçüncü yeri isə Malayziyadan olan qiraətçi Məhəmməd İşraq Bin Şahruddin tutub.

İştirakçıların çıxışları Misirin dini işlər nazirinin Braziliyadakı xüsusi nümayəndəsi doktor Antar Baltaçi Alaşrinin rəhbərlik etdiyi nüfuzlu münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Tədbir BƏƏ-dən Məhəmməd bin Zayed adına Humanitar Elmlər Universiteti, Braziliya Müsəlman Assosiasiyaları Federasiyası və Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi tərəfindən təşkil olunub.

Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, müsabiqədə Rusiyanı Moskva yaxınlığındakı Noqinsk kafedral məscidinin imam-xətibi Oyatullo Zərifi təmsil edib.

Əli Babayev

Əlaqəli Xəbərlər