Avropa Komissiyası Rusiyaya qarşı 19-cu sanksiyalar paketini çərşənbə günü, sentyabrın 17-də təqdim etməyə hazırlaşır.
SİA-nın məlumatına görə, bu barədə RBC-Ukrayna Devdiscourse-ə istinadən xəbər verir.
Qeyd olunur ki, yeni sanksiyalar paketi Ukraynaya genişmiqyaslı işğala cavab olaraq Rusiyaya təzyiqi artırmaq məqsədi daşıyır.
Sanksiyalar Rusiya Federasiyasının “kölgə” donanmasını, bank sistemini və Rusiya neftinin satışına əlavə məhdudiyyətləri hədəf alacaq.
Bundan əlavə, Komissiya Rusiyanı iqtisadi baxımdan daha da təcrid etmək üçün iki Mərkəzi Asiya ölkəsinin bəzi banklarının, eləcə də Çindəki müstəqil neft emalı zavodlarının qara siyahıya salınması imkanlarını nəzərdən keçirir.
Əli Babayev