YAP Səbail rayon təşkilatında görüş keçirilir


Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının fəalları ilə Qeyri-Hökümət Təşkilatlarının (QHT) nümayəndələrinin iştirakı ilə görüş keçirilir. SİA xəbər verir ki, görüş Ulu Öndər Heydər Əliyev və Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbir “Möhtərəm Prezident İlham Əliyevin qlobal əhəmiyyətli xarici siyasətinin işıqlandırılmasında QHT-lərin rolu” mövzusuna həsr olunub.

Görüşdə YAP Səbail rayon təşkilatının sədri Müxtar Nağıyev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri Rauf Zeyni, müxtəlif QHT rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, tədbirdə ölkənin ictimai-siyasi həyatında fəallıq göstərən QHT rəhbərləri ilə yanaşı, Səbail rayon ictimaiyyətinin geniş təmsilçiləri də iştirak ediblər.

Əlaqəli Xəbərlər