Bu gün mənim üçün unudulmaz gündür. Uzun illərdən sonra doğma torpaqlara qayıdıram.
SİA-nın məlumatına görə, bu sözləri açıqlamasında Xocalının Daşbulaq kəndinə köç edən keçmiş məcburi köçkün Gülçöhrə Əliyeva deyib.
“Doğma torpaqlardan köçmək məcburiyyətində qalanda gənc qız idim. İllərlə o yerlərin həsrəti ilə yaşadım, bir gün yenidən qayıdacağımıza ümidimi itirmədim. Artıq həsrət dolu illər geridə qalır, qarşıda isə bizi doğma yurdumuzda xoş günlər gözləyir”, – deyə o bildirib.