…Xaricə satılan bütün Rusiya neftinin dörddə birindən çoxunun ixrac olunduğu Baltik dənizindəki Primorsk limanı daşımaları dayandırıb.
SİA-nın məlumatına görə, Reuters vəziyyətlə tanış olan mənbələrə istinadən xəbər verir.
Sentyabrın 12-nə keçən gecə Rusiyanın sutkada 1 milyon bareldən çox neft yükləmə qabiliyyətinə malik ən böyük neft yükləmə limanına pilotsuz uçan aparatla hücum edilib.
Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun sözlərinə görə, bölgəyə azı 30 pilotsuz təyyarənin hücumundan sonra limandakı gəmilərdən biri yanıb.
Reuters mənbələrinin məlumatına görə, hər birinin tutumu 700 min barel olan iki Aframax tankeri, Kusto və Cai Yun limanda yanıb.
Hər ikisi Seyşel adalarında qeydiyyatdadır.
Bloomberg mənbələri bildirir ki, Baltikyanı digər liman Ust-Luqaya neft göndərən üç neft nasos stansiyası da vurulub. Ust-Luqa avqustun sonunda pilotsuz təyyarənin zərbəsinə məruz qalıb və o vaxtdan liman yarım tutumla işləyir.
Reuters mənbələri bildiriblər ki, Primorskda təmirin nə qədər davam edəcəyi bəlli deyil.
Avqust ayında Rusiya neft şirkətləri Primorsk vasitəsilə gündəlik orta hesabla 1,15 milyon barel xam neft ixrac ediblər ki, bu da onların ümumi dəniz ixracının təxminən 35 faizini təşkil edir.
Və bu da gündə 3,3 milyon barel təşkil edir. Hər həftə dedveyti 150 min tona qədər olan 9-11 tanker limanı tərk edirdi.
…Ust-Luqa gündə orta hesabla 600-700 min barel ixrac edir, həftədə təxminən 6 tanker dənizə göndərilir(di?). Avqustun sonunda limandan daşınmalar həftədə 2 tankerə qədər azalıb. Pilotsuz təyyarələrin zərbələri xam nefti limana çatdıran “Drujba” boru kəmərinin neft nasos stansiyasına ziyan vurub. Ust-Luqada həmçinin qaz kondensatının nafta, mazut və kerosinə çevrildiyi Novatek kompleksi də zədələnib.
Reuters mənbələri bildiriblər ki, zavoddakı üç blokdan biri əhəmiyyətli dərəcədə zədələnib və onun bərpası altı aya qədər çəkə bilər.
Əli Babayev