…Şənbə günü, sentyabrın 13-də NATO Litvaya qoşun və texnikanın köçürülməsi üçün genişmiqyaslı təlimlərə başlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, məqsəd Alyansın şərq cinahını gücləndirməkdir.
Bu barədə Hollandiyadakı Müttəfiqlər Komandanlığı X şəbəkəsindəki yazısında məlumat verib.
… “Böyük Qartal 25” (“Grand Eagle 25”) artıq başlayıb! Təlimlərin bir hissəsi olaraq NATO qüvvələri Litvaya qoşun və texnikanın sürətli, güclü və koordinasiyalı şəkildə köçürülməsini məşq edir, – postda deyilir.
Komandanlıq əlavə edib ki, “Böyük Qartal 25” təlimi NATO-nun şərq cinahını gücləndirməklə müttəfiqlərin döyüş hazırlığını və qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaq məqsədi daşıyır.
Əli Babayev