Putin və Lukaşenko nüvə müharibəsi və NATO-ya hücumu məşq edir?





“Zapad 2025” məşqləri necə gedir…



…Deməli, SİA xatırladır ki, sentyabrın 12-də “Zapad-2025” Rusiya-Belarus hərbi təlimləri başlayıb. BILD-in hərbi müşahidəçisi Julian Röpke hesab edir ki, iştirak edən nisbətən az sayda əsgər – cəmi 18 200 nəfər, onlardan 5 500-ü rusdur – manevrlərin təhlükəsi barədə yanlış təsəvvür yaratmamalıdır. Vladimir Putin və Aleksandr Lukaşenko Qərblə müharibə üçün üç strategiya tətbiq edirlər.

Nüvə silahlarının və orta mənzilli raketlərin istifadəsi…

Təlimlərin əsas elementi bu ilin sonunadək Belarusda yerləşdirilməsi planlaşdırılan nüvə silahı və “Oreşnik” raketlərinin istifadəsinin imitasiyasıdır.

Bu manevrlərin aşkar məqsədi Belarusun qonşularını qorxutmaqdır.

Belarusun müdafiə naziri Viktor Xrenin təlimlərin açılışında deyib ki, “…Biz qərb və şimal sərhədlərimizdəki vəziyyəti görürük və hərbiləşməni və hərbi fəallığı sakitcə izləyə bilmirik”.

Bu təhlükə Polşa tərəfindən dərhal Belarusla sərhədin, Litvanın isə sərhəd hava məkanının bağlanmasına səbəb oldu. Buna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “nəticələri” ilə hədələyib.

Suvalki boşluğuna hücum…

Rəsmi olaraq bu təlimlərdə Rusiya və Belarus “müdafiə döyüşləri aparır, müdafiə xəttini yarıb keçmiş düşməni məğlub edir və dövlətin ərazi bütövlüyünün bərpasına şərait yaradır”.

Manevrlərin ilk günündə RİA “müdafiə əməliyyatı”nın məhz harada keçirilməli olduğunu bildirdi: NATO-nun ələ keçirmək istədiyi iddia edilən Kalininqrad vilayətində. Kalininqradın “müdafiə”si üçün Rusiya ordusu Belarusdan irəliləməli və Suvalki boşluğu adlanan ərazini – Polşa və Litva ərazisinin təxminən 60 km enində Belarus və Kalininqradı birləşdirəcək hissəsini yaratmalıdır. Beləliklə, Rusiya bu regionda NATO-ya hücumun məşqini həyata keçirmək üçün onun anklavının müdafiəsinə ehtiyac olduğunu iddia edir.

Repressiya

“Qərb 2025” həmçinin “qanunsuz silahlı birləşmələrə, eləcə də düşmənin təxribat və kəşfiyyat qruplarına qarşı mübarizəni” əhatə edir. Rusiya dövlət mediası kimlərin – “Polşanın agentləri” və “Ukrayna kəşfiyyatının əməkdaşları”nın nəzərdə tutulduğuna dair heç bir şübhə yaratmadı. Əslində, Belarusda “diversiyaçılar” əksər hallarda düşmən agentləri deyil, heç bir sübut olmadan Polşa və ya Ukrayna üçün casusluqda ittiham olunan və sonra həbs olunan rejimi tənqid edənlər olurlar.

Əli Babayev

Əlaqəli Xəbərlər