“Supermen” zədələndi, çəkiliş təxirə düşdü

“Supermen” filminin ulduzu, britaniyalı aktyor Henri Kevill “Amazon MGM Studios” və “United Artists” tərəfindən çəkilən “Highlander” (“Qorxmaz”) filminin yenidən ekranlaşdırılmasına hazırlıq zamanı məşqdə zədə alıb. SİA xəbər verir ki, bu barədə “Deadline” məlumat yayıb. Aldığı zədə səbəbilə filmin çəkilişi ən azı gələn ilin əvvəlinə qədər təxirə salınıb. Filmin rejissoru Çad Staxelski, ssenari müəllifi isə Maykl Finçdir. Kevill ilə yanaşı filmdə Rassel Krou, Marisa Abela, Karen Gillan, Cimon Hounsou, Deyv Bautista və Max Zhang da rol alacaq. Qeyd edək ki, ilk “Highlander” filmi 1986-cı ildə ekranlara çıxmış və əsrlər boyunca mübarizə…

Daha çox

İsveçrənin ən böyük bankı ABŞ-a köçə bilər

İsveçrənin ən böyük bankı UBS hökumətin yeni maliyyə tələbləri ilə bağlı narazılıq fonunda ABŞ-a köçə bilər. SİA xəbər verir ki, bu barədə “New York Post” mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, bank rəhbərliyi ölkə hakimiyyətinin tələblərindən son dərəcə narazıdır, ona görə, UBS-in “təhlükəsizlik yastığı” 26 milyard dollara qədər artmalıdır. Bankın top menecmenti hesab edir ki, bu, UBS-in qlobal bazarda rəqabət qabiliyyətinin itirilməsinə gətirib çıxaracaq. Nəşrin mənbələri bildiriblər ki, bank rəhbərliyi bu yaxınlarda ABŞ administrasiyasının nümayəndələri ilə görüş keçirib. UBS mətbuat xidmətinin nümayəndəsi heç bir şərh verməyib, lakin bankın qərargahının ABŞ-da…

Daha çox

Robinson təkadamlıq kamerada saxlanılır

Amerikalı siyasi fəal Çarli Kirkin qətlində şübhəli bilinən Tayler Robinson hazırda təkadamlıq kamerada saxlanılır. O, hüquq-mühafizə orqanlarının xüsusi nəzarəti altındadır. SİA xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb. O, psixiatrik müayinədən keçənə qədər xüsusi nəzarət altında qalacaq, bu bir neçə gün çəkə bilər.

Daha çox

Günəş küləyinin sürəti artır

Yer tac dəliyinin yaratdığı günəş küləyindən təsirlənməyə başlayıb. SİA xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb. Məlumata görə, bu proses gözləniləndən təxminən bir gün gec baş verib. Yer ayın 14-də Bakı vaxtı ilə saat 18:00-da tac dəliyinin sərhədini keçməyə başlayıb. Alimlər bildirirlər ki, günəş küləyinin sürəti artmaqdadır və Yer planeti ən azı 4-5 gün ərzində bu axının təsiri altında qalacaq.

Daha çox

Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, yenidən qurulan Kəlbəcər şəhərinə respublikanın müxtəlif yerlərindən, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb. SİA xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə 32 ailə – 139 nəfər köçürülüb. Doğma yurda qayıdan Kəlbəcər sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib,…

Daha çox

Rusiyada seçki məntəqələri dron hücumuna məruz qaldı

Seçkilər zamanı Belqorod vilayətində üç və Bryansk vilayətində bir seçki məntəqəsinə PUA hücumuna məruz qalıb. SİA xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova deyib. MSK sədri hücuma məruz qalan seçki məntəqələrinin yerinin dəyişdirildiyini bildirib. Pamfilovanın sözlərinə görə, səsvermə başqa yerə keçirilib: “Öncədən ciddi hazırlıq işləri görülmüş, sürətli evakuasiya sistemi yaradılmışdır”. Xatırladaq ki, bu gün Rusiyada səsvermənin sonuncu günü keçirilib. Rusiya vətəndaşları qubernator, parlament üzvləri və yerli hakimiyyət orqanlarının nümayəndələrini seçiblər.

Daha çox

Zelenski Rusiyaya qarşı ən effektiv sanksiyanı açıqladı

Ukraynanın Rusiyanın neft emalı zavodları, terminalları və bazalarına zərbələri Rusiyanın neft sənayesini, eyni zamanda müharibəni də məhdudlaşdırır. SİA xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski axşam videomüraciətində deyib. “Ən effektiv, ən sürətli təsir göstərən sanksiyalar – Rusiyanın neft emalı, onların terminalları, bazalarına endirilən zərbələrdir. Bu zərbələr Rusiyanın neft sənayesi və müharibəsini məhdudlaşdırır. Rusiyanın müharibəsi faktiki olaraq neftin, qazın və digər enerji resurslarının funksiyasıdır”, – deyə o bildirib.

Daha çox

Rusiya səfiri Rumıniya XİN-ə çağırılıb

Rusiyanın Rumıniyadakı səfiri Vladimir Lipayev ölkənin hava məkanının Rusiyaya məxsus pilotsuz uçuş aparatları (PUA) tərəfindən pozulması ilə bağlı xəbərlərdən sonra respublikanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. SİA xəbər verir ki, bu barədə Rumıniya XİN bəyanat yayıb. “Rumıniya tərəfi ölkənin suverenliyinin pozulmasını təşkil edən bu qəbuledilməz və məsuliyyətsiz hərəkətə öz kəskin etirazını bildirib”, – bəyanatda deyilir. XİN aydınlaşdırıb ki, Rusiya tərəfindən ölkənin hava məkanının növbəti dəfə pozulmasının qarşısını almaq üçün dərhal bütün lazımi tədbirləri görsün. Qeyd edək ki, sentyabrın 13-də Rumıniya Müdafiə Nazirliyi ölkənin hava məkanının Rusiyaya məxsus PUA-lar tərəfindən pozulduğunu…

Daha çox

Bakının azad olunmasından 107 il ötür

Bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının ildönümüdür. SİA xatırladır ki, Azərbaycan paytaxtının azadlığından 107 il ötür. 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin şərəfli səhifələrindən biridir. 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Bunsuz isə Azərbaycanın dövlət müstəqilliyini…

Daha çox