Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, yenidən qurulan Kəlbəcər şəhərinə respublikanın müxtəlif yerlərindən, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb. SİA xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə 32 ailə – 139 nəfər köçürülüb. Doğma yurda qayıdan Kəlbəcər sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib,…
Daha çoxDay: September 15, 2025
Rusiyada seçki məntəqələri dron hücumuna məruz qaldı
Seçkilər zamanı Belqorod vilayətində üç və Bryansk vilayətində bir seçki məntəqəsinə PUA hücumuna məruz qalıb. SİA xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova deyib. MSK sədri hücuma məruz qalan seçki məntəqələrinin yerinin dəyişdirildiyini bildirib. Pamfilovanın sözlərinə görə, səsvermə başqa yerə keçirilib: “Öncədən ciddi hazırlıq işləri görülmüş, sürətli evakuasiya sistemi yaradılmışdır”. Xatırladaq ki, bu gün Rusiyada səsvermənin sonuncu günü keçirilib. Rusiya vətəndaşları qubernator, parlament üzvləri və yerli hakimiyyət orqanlarının nümayəndələrini seçiblər.
Daha çoxZelenski Rusiyaya qarşı ən effektiv sanksiyanı açıqladı
Ukraynanın Rusiyanın neft emalı zavodları, terminalları və bazalarına zərbələri Rusiyanın neft sənayesini, eyni zamanda müharibəni də məhdudlaşdırır. SİA xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski axşam videomüraciətində deyib. “Ən effektiv, ən sürətli təsir göstərən sanksiyalar – Rusiyanın neft emalı, onların terminalları, bazalarına endirilən zərbələrdir. Bu zərbələr Rusiyanın neft sənayesi və müharibəsini məhdudlaşdırır. Rusiyanın müharibəsi faktiki olaraq neftin, qazın və digər enerji resurslarının funksiyasıdır”, – deyə o bildirib.
Daha çoxRusiya səfiri Rumıniya XİN-ə çağırılıb
Rusiyanın Rumıniyadakı səfiri Vladimir Lipayev ölkənin hava məkanının Rusiyaya məxsus pilotsuz uçuş aparatları (PUA) tərəfindən pozulması ilə bağlı xəbərlərdən sonra respublikanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. SİA xəbər verir ki, bu barədə Rumıniya XİN bəyanat yayıb. “Rumıniya tərəfi ölkənin suverenliyinin pozulmasını təşkil edən bu qəbuledilməz və məsuliyyətsiz hərəkətə öz kəskin etirazını bildirib”, – bəyanatda deyilir. XİN aydınlaşdırıb ki, Rusiya tərəfindən ölkənin hava məkanının növbəti dəfə pozulmasının qarşısını almaq üçün dərhal bütün lazımi tədbirləri görsün. Qeyd edək ki, sentyabrın 13-də Rumıniya Müdafiə Nazirliyi ölkənin hava məkanının Rusiyaya məxsus PUA-lar tərəfindən pozulduğunu…
Daha çoxBakının azad olunmasından 107 il ötür
Bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının ildönümüdür. SİA xatırladır ki, Azərbaycan paytaxtının azadlığından 107 il ötür. 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin şərəfli səhifələrindən biridir. 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Bunsuz isə Azərbaycanın dövlət müstəqilliyini…
Daha çoxƏlcəzair Prezidenti yeni hökuməti təsdiqləyib
Əlcəzair Prezidenti Əbdülməcid Tebbun ölkənin yeni hökumətinin tərkibini təsdiqləyib. SİA xarici mediaya istinadla xəbər verir ki, Baş nazir Sifi Qrebin rəhbərlik etdiyi kabinetə 10 yeni nazir daxil olub. Qeyd edək ki, keçmiş sənaye naziri Qrib avqustun 28-də Nader Ərəbini əvəz edərək baş nazir səlahiyyətlərini icra edirdi.
Daha çoxÇarli Kirkin abidəsini təhqir etdi, saxlanıldı
Yuta ştatında güllələnərək öldürülən sağçı fəal Çarli Kirkə məxsus müvəqqəti abidəni dağıtmağa cəhd edən 19 yaşlı Rayder Korral həbs edilib. SİA xəbər verir ki, Arizona ştatının Feniks Polis Departamentinin əməkdaşları tərəfindən saxlanılan şəxs Kirkin təsis etdiyi “Turning Point” təşkilatının qərargahının yaxınlığında yerləşən memorialı dağıtmağa cəhd edib. O, hadisə yerinin yaxınlığındakı şəxslər tərəfindən tutulub və hüquq-mühafizə orqanlarına təhvil verilib.
Daha çox