Qeyri-sabit hava şəraiti nə vaxta kimi davam edəcək?


“Sentyabrın 15-də Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti gözlənilir”. Bu sözləri SİA-ya açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, sentyabrın 16-da isə səhər və axşam, ayın 17-də isə günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimal olunur və şimal-şərq küləyi əsəcək: “Havanın maksimal temperaturu 20-24 dərəcə isti olacaq. Sentyabrın 16-da bölgələrdə əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, gündüz saatların ayın 18-nə kimi arabir yağış yağacağı və şimşək çaxacağı gözlənilir. Sentyabrın 17-si əsasən dağlıq və dağ ətəyi rayonlarda qısamüddətli leysan və dolu düşməsi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu aran rayonlarında 19-24 dərəcə, dağlıq ərazilərdə isə 7-12 dərəcə isti olacaq”.

Əlaqəli Xəbərlər