“Ukraynadakı istənilən qoşun rus ordusu üçün qanuni hədəfə çevriləcək…”


ABŞ ordusunun istefada olan polkovniki və Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor bildirib ki, Ukrayna üzərində uçuşa qadağan zona yaratmaq üçün yeni cəhd münaqişənin gərginləşməsinə səbəb ola bilər. Nəticədə NATO hərbi əməliyyatlara girə bilər.

SİA-nın məlumatına görə, Makqreqor qeyd edib ki, avropalılar yenidən Ukrayna ərazisi üzərində uçuşa qadağa zonası tətbiq etməkdən danışırlar, lakin bu, yalnız sonradan bu zonaya qoşun yeritmək üçün bəhanədir.

… “Deep Dive” YouTube kanalında keçmiş müşavir vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putin bunu açıq şəkildə bildirib: Ukraynadakı istənilən qoşun Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəfə çevriləcək.

Ekspert qeyd edib ki, əgər qoşunlar Ukraynada, xüsusən də döyüş şəraitində peyda olarsa, onlar qanuni məhvetmə hədəfləri hesab olunacaqlar.

Əli Babayev

Əlaqəli Xəbərlər