Kolumbiyanın Narino inzibati bölgəsində aparılan qazıntılar zamanı içərisində 22 cəsədin olduğu gizli qəbirlər aşkar edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, yerli medianın məlumatına görə, hökumətlə silahlı qruplar arasında davam edən dialoq çərçivəsində Narinonun Samanyeqo, Santakruz de Quaşaves və Kumbal bələdiyyələrinin kənd ərazilərində axtarışlar aparılıb.
Sülh üzrə Ali Komissarlığın İdarəsi kütləvi məzarlıqlardan çıxarılan 22 cəsədin şəxsiyyətinin müəyyən edilməsi prosesinə başlanıldığını açıqlayıb. Bəyanatda vurğulanır ki, bu səylər zorakılığın azaldılması, regional transformasiyanın təşviqi və itkin düşmüş şəxslərin tapılması səylərinin bir hissəsidir.
Hökumətin Sülh üzrə Ali Komissarlığı münaqişə və zorakılıq nəticəsində həyatını itirmiş itkin düşmüş şəxslərin tapılması üçün Narino və ətraf ərazilərdə silahlı qruplarla vaxtaşırı sülh danışıqları aparır. Sülh prosesi, atəşkəs, itkin düşmüş şəxslərin axtarışı, tərksilah və reinteqrasiya səylərini həyata keçirən Sülh üzrə Ali Komissarlıq vətəndaş cəmiyyəti təşkilatları ilə də əməkdaşlıq edir.