Rusiya qüvvələri Aleksandro-Kalinovski istiqamətində – Konstantinovka yaxınlığında döyüşür, artıq Pleşeyevka kəndinə daxil olub. SİA xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəhbəri Valeri Gerasimov deyib. O bildirib ki, Rusiya qüvvələri bir neçə istiqamətində irəliləyir.
Daha çoxDay: September 18, 2025
Bakıda 14 istiqamətdə tıxac var – SİYAHI
Bakıda 14 istiqamətdə tıxac var – SİYAHI
Daha çoxİqlim dəyişikliyi 16 mindən çox insanın ölümünə səbəb oldu
İqlim dəyişikliyi nəticəsində temperaturun artması bu yay Avropa şəhərlərində 16 500 nəfərin ölümünə səbəb olub. SİA xəbər verir ki, bu barədə britaniyalı alimlərin araşdırmasında bildirilib. Məlumata görə, bu, istidən ölüm hallarının 68 faizinə bərabərdir. Ümumilikdə 854 şəhərdə 24 400 nəfərin ekstremal istilərdən öldüyü təxmin edilir. İstilər nəticəsində Romada 835, Afinada 630, Parisdə 409, Madriddə 387, Buxarestdə 360, Londonda 315, Berlində 140 ölüm halı qeydə alınıb. Ölənlərin çoxu yaşı 65-dən yuxarı olanlardır.
Daha çoxDİQQƏT: Bu ölkədə internet söndürüldü
Əfqanıstanın Ali lideri Heybətulla Axundzadənin bütün ölkədə fiber-optik internetin və Vayfayın qadağan edilməsi barədə qərarı qətidir və yenidən baxılmayacaq. SİA xəbər verir ki, çərşənbə gününə olan vəziyyətə görə, Əfqanıstanın 34 vilayətindən 10-da internet yoxdur. Nəşr iddia edir ki, Ali liderlə görüşmək üçün Kabildən Qəndəhara gələn hökumət nümayəndə heyəti ilə danışıqlar nəticəsiz başa çatıb. Mənbələr bildiriblər ki, Axundzadə yalnız dövlət qurumlarına və diplomatik missiyalara internet xidməti göstərəcək yeni bir şirkətin yaradılmasını əmr edib.
Daha çoxİsrailin Livana hava hücumu: Hizbullahın iki komandiri öldürüldü
İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Livanın şərqindəki Baalbek şəhərinə zərbələr endirilib. SİA “Al Hadath” telekanalına istinadən xəbər verir ki, İsrailin hücumu qurbanlarının anım mərasimləri zamanı endirilən zərbələr nəticəsində “Hizbullah” hərəkatının hərbi rəhbərliyinin iki komandiri və bir döyüşçü ölüb. Xatırladaq ki, ötən il 17 sentyabr tarixində rabitə vasitələrinin partladılması nəticəsində Livanda 37 nəfər ölüb, 3600-dən çox insan yaralanıb.
Daha çoxAvropa İttifaqının Rusiya aktivlərindən istifadəyə dair yeni planı açıqlanıb
Avropa İttifaqı ölkələri Ukraynaya yardım üçün dondurulmuş Rusiya aktivlərindən istifadənin yeni variantını araşdırır. SİA xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” (FT) qəzeti məlumat yayıb. Qeyd olunur ki, Avropa İttifaqı ölkələri Belçikanın “Euroclear” depozitarında nağd pul qalıqları statusuna çevrilmiş vəsaitlərdən Avropa faizsiz istiqrazlarının alınmasında istifadəyə ümid edir. Qəzetin məlumatına görə, Rusiya Federasiyasının “Euroclear”da saxlanılan 194 milyard avroluq aktivinin 170 milyard avrosunun ödəmə vaxtına çatıb və pul qalıqları dərəcəsinə keçib. Ukrayna vəsaiti tranşlarla alacaq. Maliyyələşdirmə mexanizmlərinin idarə olunması üçün xüsusi alətdən də istifadə edilməsi təklif edilir ki, bu da Avropa…
Daha çoxTayvan “Barracuda-500” raketini nümayiş etdirdi
Tayvan Amerika şirkəti ilə ilk birgə istehsalı olan “Barracuda-500” qanadlı raketini təqdim edib. SİA “Reuters”ə istinadən xəbər verir ki, raket döyüş gəmilərinə qrup hücumları üçün nəzərdə tutulub və kamikadze pilotsuz uçuş aparatı kimi işləyir. Tayvan raketin kütləvi istehsalına başlamağı planlaşdırır. Hər bir raketin 220 min ABŞ dollarına başa gəlməsi hədələnib.
Daha çoxPaytaxtın bu qəsəbəsində qaz olmayacaq
Sabah Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində qaz təchizatı dayandırılacaq. Bu barədə SİA-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilir ki, Zabrat qəsəbəsində qaz tənzimləyici şkafın quraşdırılması və yeni çəkilən xəttin mövcud şəbəkəyə birləşdirilməsi işləri ilə əlaqədar sentyabrın 18-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Zabrat qəsəbəsi, Oktyabr, Yeni Məhəllə, Tramvaynıy və Axundov küçələrinin qaz təchizatında fasilə yaranacaq.
Daha çoxQızılın qiyməti yeni rekord vurub
Qızılın qiyməti yeni rekord vurub. SİA xəbər verir ki, “Comex” birjasında qızılın qiyməti bir unsiya üçün 3 744 dollar həddini keçib. Buna səbəb ABŞ mərkəzi bankı olan Federal Ehtiyat Sisteminin (FED) 2024-cü ilin dekabrından bəri ilk dəfə olaraq faiz dərəcəsini 4-4,25%-ə endirməsi qərarıdır.
Daha çoxİstanbul müftisi Türkiyənin Diyanət İşləri İdarəsinin sədri təyin edilib
İstanbul müftisi professor Safi Arpaquş Türkiyənin Diyanət İşləri İdarəsinin sədri vəzifəsinə təyin edilib. SİA xəbər verir ki, təyinat Prezident Rəcəb Tayyib Ərdoğanın imzaladığı sənədə əsasən, rəsmi mətbuatda – “Resmi Gazete”də dərc olunaraq qüvvəyə minib. Qeyd edək ki, 2021-ci il oktyabrın 15-dən etibarən İstanbul müftisi vəzifəsini icra edən Arpaquşun elmi fəaliyyəti təsəvvüf tarixi anlayışları və təşkilatlarını əhatə edib. Onun Mövlana Cəlaləddin Rumi, “Məsnəvi” və mövləvilik mövzularında da araşdırmaları mövcuddur.
Daha çox