Donbas humanitar fəlakətin astanasındadır… …Donbasda humanitar vəziyyət sürətlə pisləşir. Donetsk bir vaxtlar dünyaca məşhur ulduzların konsertlərinə və futbol matçlarına ev sahibliyi edən “Qızılgüllər şəhəri” kimi tanınırdı. Bu gün şəhər Sovet 1980-ci illərin əyalət şəhərciyini xatırladır. Sakinlər su üçün növbəyə durur və çökən infrastrukturun arasında sağ qalır. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə CEPA yazır. Rayonun on su anbarından 9-u demək olar ki, quruyub. Donetskdə hər üç gündə bir neçə saatlıq su verilir. İnsanlar həyətlərində quyu qazır, yağış sularını toplayır, hətta gölməçələrdən çömçə çıxarırlar. Böhrana…
Daha çoxDay: September 18, 2025
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin payız sessiyasındakı ilk iclası keçirilib
Sentyabrın 18-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib. SİA xəbər verir ki, komitə sədri Sadiq Qurbanov əvvəlcə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində 2025-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabatı təqdim edib, sonra komitənin cari ilin payız sessiyası üçün iş planı barədə danışıb. Diqqətə çatdırılıb ki, sənəddə qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinə baxılması və digər məsələlər nəzərdə tutulub. Daha sonra “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun…
Daha çoxRusiyada benzinin topdan satışı son iki ilin minimum səviyyəsində…
Rusiya neft emalı zavodlarında baş verən fors-major hadisələr yanacaqdoldurma məntəqələrində geniş yayılmış ifliclərə səbəb olub… …Rusiyada benzinin topdan satışı son iki ilin ən aşağı səviyyəsinə düşüb, qiymətlər isə rekordları qırmaqda davam edir. Çatışmazlıq Ukraynanın dron hücumlarından sonra neft emalı zavodlarının bağlanması və fermerlərin yüksək tələbatı ilə daha da artır. SİA xəbər verir ki, bu barədə Rusiya mətbuatına istinadən RBC-Ukrayna məlumat yayıb. Rusiyanın “Kommersant” qəzetinin məlumatına görə, sentyabrın 16-da Sankt-Peterburq birjasında A-92 markalı benzinin satışı 21,7 faiz azalaraq 15,6 min tona düşüb ki, bu da 2023-cü ildən…
Daha çoxAzərbaycanda bir ayda toyların sayı demək olar ki, iki dəfə azalıb..?
…SİA-nın əldə etdiyi məlumata görə, Baza Telegram kanalı xəbər verir ki, Azərbaycanda qohumlar arasında nikahların qadağan edilməsi nikaha girənlərin sayının azalmasına səbəb olub. Qeyd edək ki, 2025-ci ilin iyul ayında ölkədə 2694 cüt evlənib ki, bu da əmiuşağı nikahlarına hələ də icazə verildiyi iyun ayının sayının demək olar ki yarısıdır. Ötən ilin eyni ayı ilə müqayisədə nikahların sayının azaldığını statistika da təsdiqləyir. Belə ki, 2024-cü ilin iyul ayında Azərbaycanda 4587 cütlük ailə həyatı qurub. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın da qeyd etdiyi kimi, qanun…
Daha çox“Münaqişəni tam həll etmək hərbi qələbədən də mühümdür”
“2023-cü ildə keçirilən antiterror əməliyyatı Azərbaycanın ən böyük nailiyyətlərindən biri oldu. Bu əməliyyat nəticəsində torpaqlarımızda mövcud olan separatçı ünsürlərin son qalıqları da tamamilə təmizləndi. Beləliklə, Azərbaycanın suverenliyi bütün respublika ərazisində tam şəkildə təmin edildi. Bu, hətta 1991-ci ildə belə əldə edə bilmədiyimiz bir məsələ idi və Azərbaycan yalnız 2023-cü ildə tam suverenliyinə nail oldu”. Bunu SİA-ya açıqlamasında politoloq Kazım Kazımov deyib. Onun sözlərinə görə, ən əsas məsələ də məhz budur: “Lakin bu hadisəni yalnız Azərbaycanın daxili işi kimi qiymətləndirmək olmaz. Çox mühüm tarixi əhəmiyyətə malik olduğuna görə, regionda və beynəlxalq…
Daha çoxMerz: “Almaniya dönüş nöqtəsindədir…”
Kansler hökuməti düzgün seçim etməyə çağırıb… Almaniya kansleri Fridrix Merz ölkənin təhlükəli dönüş nöqtəsində olduğunu bəyan edib. SİA xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. Bundestaqdakı çıxışı zamanı o, hökumətin ölkədə azadlığı, iqtisadi rifahı və sosial birliyi qorumaq üçün “düzgün seçim” edəcəyini vurğulayıb. Siyasətçi çıxışında hakim koalisiyanın prioritetlərini açıqlayıb, Almaniyanı durğunluqdan çıxarmaq üçün islahatların aparılmasının vacibliyini vurğulayıb. Bloomberg-in məlumatına görə, kansler uzun müddət durğunluqda olan iqtisadiyyatı dirçəltmək, eləcə də yüksək enerji qiymətləri və mürəkkəb bürokratiyanı aradan qaldırmaq üçün verdiyi vədləri yerinə yetirmək istiqamətində artan…
Daha çox“Azərbaycan-BƏƏ əlaqələri Yaxın Şərq üçün də strateji əhəmiyyət kəsb edir“
“Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlər son illərdə dinamik inkişaf xətti üzrə genişləndirilməkdədir”. Bu fikirləri millət vəkili Musa Quliyev SİA-ya açıqlamasında bildirib. O, qeyd edib ki, iqtisadi, siyasi, diplomatik, mədəni və humanitar sahələrdə əməkdaşlıq hər iki ölkənin ortaq maraqlarına xidmət edir və strateji tərəfdaşlığın möhkəmləndirilməsinə şərait yaradır: “BƏƏ Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olmuşdur. 1991-ci ilin dekabrında Azərbaycanın müstəqilliyini rəsmi olaraq tanıyan bu ölkə, o vaxtdan etibarən Azərbaycan ilə münasibətlərini dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında qurmuşdur. Qarabağ torpaqları işğal altında olduğu dövrdə BƏƏ bütün beynəlxalq platformalarda Azərbaycanın…
Daha çoxÇin avtomobil sənayesi dərin böhran içindədir…
Hökumətin böyümə proqramları satışların azalması və qiymət müharibələri ilə nəticələndi… …Çinin avtomobil sənayesində böyük böhran yaşanır. İllərlə hökumət subsidiyaları və istehsala yönəlmiş artım planları yüzlərlə yeni avtomobil zavodunun yaradılmasına və daxili bazarın udmaq iqtidarında olmayan nəqliyyat vasitələrinin artıqlığına səbəb olub. SİA-nın məlumatına görə, bu barədə Reuters xəbər verir. Nəticə qiymətlərin çökməsi və “pis dövrə”dir. Satılmamış avtomobillər anbarlarda və dilerlərdə yığılır, orada böyük endirimlərlə satılır və ya heç bir yürüşü olmasa da, “işlənmiş” kimi yenidən satılır. Məsələn, Çenqduda Zcar 5000-dən çox yeni avtomobili 60 faizə qədər endirimlə…
Daha çoxNaxçıvanda Memar Əcəminin abidəsi ucaldılacaq
Prezident İlham Əliyev Naxçıvanda Memar Əcəminin adibəsinin ucaldılması ilə bağlı Sərəncam imzalayıb. SİA-nın məlumatına görə, dövlət başçısnın imzaladığı sənədə əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidir.
Daha çoxCorat qəsəbəsində qaz təchizatı müvəqqəti dayandırılacaq
Sentyabrın 19-da Sumqayıt şəhərinin Corat qəsəbəsində qaz təchizatında müvəqqəti fasilə olacaq. SİA xəbər verir ki, bu barədə “Azəriqaz” İB-nin Sumqayıt QİS-dən məlumat verilib. Bildirilib ki, yeni balans qovşağının quraşdırılması ilə əlaqədar həmin gün saat 10:00-dan başlayaraq işlər tamamlanana qədər 14 abonentin qaz təminatı dayandırılacaq
Daha çox