Naxçıvan şəhərində görkəmli memar Əcəmi Naxçıvaninin abidəsi ucaldılacaq

Prezident İlham Əliyev “Memar Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması haqqında” Sərəncam imzalayıb. SİA xəbər verir ki, Sərəncama əsasən, orta əsrlər Azərbaycan memarlığının inkişafında müstəsna yeri olan qüdrətli sənətkar Əcəmi Naxçıvaninin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Naxçıvan şəhərində görkəmli memar Əcəmi Naxçıvaninin abidəsi ucaldılacaq. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Daha çox

Rusiya Şimali Koreyaya sualtı qayıq üçün nüvə reaktoru göndərdi..?

Moskva daha bir “qırmızı xətti” keçdi… …Cənubi Koreya ordusu Rusiyanın Şimali Koreyaya nüvə sualtı qayıqlarında istifadə üçün nüvə reaktoru göndərdiyinə dair kəşfiyyat məlumatı əldə edib. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Koreya JoongAng Daily-nin məlumatına görə, hazırda bu məlumat araşdırılır. Hökumət rəsmilərinin dediyinə görə, Rusiya bu ilin birinci yarısında Şimali Koreyaya iki və ya üç nüvə sualtı modulu təhvil verib. Bu modullara nüvə hərəkəti sisteminin əsas komponentləri olan reaktor, turbin və soyutma sistemi daxildir. Bu, Şimali Koreyanın reaktor da daxil olmaqla tam hərəkət sistemi…

Daha çox

Baş prokuror Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür. Sentyabrın 18-də Baş prokuror Kamran Əliyev Naxçıvan Muxtar Respublikası Prokurorluğunun inzibati binasında Naxçıvan şəhər, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edib. Bu barədə SİA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib. Qəbulda iştirak edən 46…

Daha çox

Avropa İttifaqı Moskvaya təzyiqləri artırır…

Avropa Komissiyası sabah, sentyabrın 19-da yeni sanksiyalar paketini rəsmən təqdim edə bilər… Avropa Komissiyası sentyabrın 19-u cümə günü Rusiyaya qarşı yeni, 19-cu sanksiyalar paketini təqdim etməyi planlaşdırır. Avropa İttifaqının nüfuzlu ölkələrinin Brüsseldəki iki diplomatı anonimlik şərti ilə bu məlumatı Avropa Pravdasının müxbiri ilə bölüşüb. Avropa İttifaqının Rusiyaya qarşı 19-cu sanksiyalar paketi sentyabrın 19-da təsdiq üçün Avropa İttifaqı Şurasına təqdim edilə bilər. …Mən bildiyimə görə, 19-cu paket Komissiya tərəfindən sabah, cümə günü Avropa İttifaqı Şurasına təqdim olunacaq. SİA-nın məlumatına görə, bunu diplomatlardan biri “European Pravda”ya deyib.…

Daha çox

“Dövlətimiz özü öz problemlərini həll etmək nümunəsini ortaya qoydu”

“Suverenlik hər bir dövlətin arzuladığı və həyata keçirmək istədiyi ali məqsədlərdən biridir. Azərbaycan xalqı yüz illik fasilədən sonra 1991-ci ildə bərpa etdi. Ancaq iki ilimiz təəssüf ki, daxili çəkişmələrə sərf olundu”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Deputat bildirib ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra isə Azərbaycan suverenliyini sözün əsl mənasında həyata keçirməyə başladı: “Bu siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla həyata keçiririlir. Azərbaycan müstəqil daxili və xarici siyasət həyata keçirir. Dövlətimiz hazırda özü öz problemlərini həll etmək nümunəsini ortaya qoydu və bundan sonra…

Daha çox

Siyasət bir peşə növü kimi

Çox qəribə dövrdə yaşayırıq, bəzi qəribəliklərə elə alışmışıq ki, onlara artıq heç diqqət belə yetirmirik. Dost niyyəti ilə yanaşana şübhə ilə baxırıq, əksinə sənə şübhə ilə yanaşanı isə özümüzə dost etmək istəyirik. Mütəxəssislərin rəyinə inanmırıq, ancaq kiminsə beyin məhsulu olan süni intellektin rəyini bütləşdiririk. Əgər müvafiq sorğu keçirilsə böyük ehtimal ilə müəyyən olunacaqdır ki, sosial şəbəkələrin orta statistik istifadəçisi müqayisə olunmaz dərəcədə virtual məkanında daha çox zaman keçirir nəinki, öz doğmaları ilə ünsiyyətdə. Yeri gəlmişkən qeyd edək ki, sözügedən amil qaçılmaz olaraq “səmimiyyət” məfhumunun məzmun etibarı ilə deformasiyasına gətirib çıxardır.…

Daha çox

Rusiya polis idarəsinin rəisi fahişələrə himayədarlıq edirmiş…

…Kalininqradın Leninqradski Rayon Məhkəməsi fahişəliyin təşkilində və rüşvətxorluqda ittiham olunan bələdiyyələrarası polis idarəsinin rəisini həbs edib. SİA-nın məlumatına görə, bu barədə Lenta.ru-ya Kalininqrad vilayət məhkəməsindən bildirilib. Müstəntiqin vəsatəti əsasında noyabrın 16-dək həbs qətimkan tədbiri seçilib. Polis zabiti fahişələrə himayədarlıq etməkdə, rüşvət almaqda və cinayət təşkilatı təşkil etməkdə təqsirləndirilir. İstintaqın məlumatına görə, asayiş keşikçisi 2017-ci ildən rayon sakinlərini fahişəliyə sövq edən cinayətkar qrupun mühafizəsini təmin edib. Xidmətlərinə görə təxminən 3,5 milyon rubl alıb. Daha əvvəl bildirilmişdi ki, Krasnoyarsk diyarında 5 saylı polis bölməsinin 36 yaşlı əməkdaşı intim salona himayədarlıq etməkdə şübhəli…

Daha çox

Sahibə Qafarova Malayziyada AİPA-nın 46-cı Baş Assambleyasında çıxış edib

Malayziyanın Kuala Lumpur şəhərində səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 18-də Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının (AİPA) 46-cı Baş Assambleyasının açılış mərasimində iştirak edib. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya bildiriblər ki, Malayziyanın Baş naziri Dato Seri Ənvər Bin İbrahimin, təşkilata üzv ölkələrin və müşahidəçi statuslu ölkələrin parlament rəhbərlərinin və təmsilçilərinin iştirak etdikləri mərasimdə çıxış edənlər AİPA-nın beynəlxalq parlament diplomatiyasında yeri və rolu, bu təşkilat çərçivəsində əməkdaşlığın əhəmiyyəti, dünyanı narahat edən problemlərin həllində parlamentarilərin rolu barədə fikirlərini səsləndiriblər. Milli Məclisin sədri Sahibə Qafarova Baş Assambleyanın plenar…

Daha çox

Çinlilər MediaMarkt və Saturn mağaza şəbəkələrini alıblar…

Bu, son illərdə elektronika pərakəndə satışında ən böyük sövdələşmədir… …Son illərdə elektronika pərakəndə sənayesində ən yüksək profilli sövdələşmələrdən biri Almaniyada baş tutub. Dünyanın ən böyüklərindən biri olan Çin onlayn pərakəndə satış şirkəti JD.com Avropanın məşhur MediaMarkt və Saturn mağaza şəbəkələrinin sahibi Ceconomy-ni satın alıb. SİA xəbər verir ki, Bild-in məlumatına görə, sövdələşmənin dəyəri 2,23 milyard avrodur. Almaniyanın Federal Kartel İdarəsi artıq sazişi təsdiqləyib. Onun rəhbəri Andreas Mundt vurğulayıb ki, JD.com hazırda Almaniya bazarında zəif var, ona görə də rəqabətlə bağlı heç bir narahatlıq yoxdur. Bununla…

Daha çox